HƏR BEŞ MÜHACİRDƏN BİRİ ABŞ-DA YAŞAYIR
Miqrantların əksəriyyəti dolanışıq səviyyəsi daha yüksək olan ölkələrə getmişdir. Hər beş mühacirdən biri ABŞ-da yaşayır. Buna baxmayaraq, mühacirlərin üçdə bir hissəsi inkişaf etməkdə olan ölkələrə də yollanır. Ötən il 191 milyon mühacirin 34 faizini Avropa, 23 faizini Şimali Amerika, 28 faizini Asiya, 9 faizini Afrika, hərəyə 3 faizini isə Latın Amerikası və Okeaniya ölkələri qəbul etmişdir. Mühacirlərin yarısı qadınlardır. Qabaqcıl ölkələrdə mühacir qadınların sayı kişilərdən çoxdur.
Mühacirlərin pul köçürmələrinin həcmi də artmaqdadır. 1995-ci ildə immiqrantlar tərəfindən 102 milyard dollar köçürülmüşdüsə, ötən il bu məbləğ 232 milyard dollar təşkil etmişdir. Özü də köçürmələrin üçdə birinin ünvanı Hindistan, Çin, Meksika və Fransa olmuşdur. Mühacirlərin öz ölkələrinə köçürdükləri vəsait Filippinin, Serbiya və Çernoqoriyanın gəlirinin xeyli hissəsini təşkil edir. Baş katib demişdir: “Beynəlxalq miqrasiya lazımi səviyyədə dəstəklənərsə, bu, adamların həm öz ölkələrinin, həm də getdikləri ölkələrin inkişafı üçün faydalı ola bilər”.