“HƏRBİ QULLUQÇULARIN STATUSU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA, “DÖVLƏT QULLUĞU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA VƏ “ƏDLİYYƏ ORQANLARINDA QULLUQ KEÇMƏ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №4, maddə 79; 1993-cü il, №5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli, 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 378; 1998-ci il, №1, maddələr 15, 16; 1999-cu il, №4, maddə 228, №5, maddə 286; 2001-ci il, №6, maddələr 362, 363, №11, maddə 694, №12, maddələr 731, 736; 2004-cü il, №2, maddə 57, №3, maddə 133, №4, maddələr 199, 212, №7, maddə 507, №8, maddə 596; 2005-ci il, №10, maddə 871, №12, maddə 1093; 2006-cı il, №4, maddə 312, №11, maddə 933; Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 317-IIIQD nömrəli, 16 iyun tarixli, 389-IIIQD nömrəli, 19 oktyabr tarixli 462-IIIQD nömrəli qanunları) 10-cu maddəsinin 2-ci bəndinin ikinci abzası çıxarılsın.
II. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 1, №3, maddə 131; 2002-ci il, №12, maddə 693; 2003-cü il, №1, maddə 16; 2004-cü il, №1, maddə 10, №4, maddə 199, №5, maddə 321, №8, maddə 597, №11, maddə 884; 2005-ci il, №6, maddələr 463, 475, №10, maddə 874; 2006-cı il, №5, maddə 386, №6, maddə 479, №8, maddə 657, №12, maddələr 1005, 1014; 2007-ci il, №2, maddə 83, №5, maddə 434; Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli, 356-IIIQD nömrəli Qanunu) 2.6-cı maddəsi çıxarılsın.
III. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №7, maddə 586) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.3-cü maddə çıxarılsın.
2. 25.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Ədliyyə orqanları işçilərinin vəzifə maaşının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
3. 37.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və xüsusi rütbəyə görə maaşların məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları isə qanunvericiliklə müəyyən edilir.”.
IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2008-ci il.