HESABLAMA PALATASI İLƏ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ ARASINDA RAZILAŞMA MEMORANDUMU İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Hesablama Palatası ilə Dövlət Statistika Komitəsi arasında “Qarşılıqlı əməkdaşlıq qaydaları haqqında” razılaşma memorandumu imzalanmışdır.
Sənəddə qurumlar arasında dövlət büdcəsinin və büdcədənkənar dövlət fondları büdcələrinin gəlir və xərclərinin icrasına dövlət və ictimai nəzarətin gücləndirilməsi, məlumatların əldə edilməsində operativliyin təmin olunması, alternativ informasiya mənbəyinin yaradılması və s. məsələlər sahəsində əməkdaşlığın daha da gücləndirilməsi nəzərdə tutulmuşdur.