Hesablama Palatasının cari il üçün Audit proqramları təsdiq olunub
Bakı, 27 fevral, AZƏRTAC
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, iclasda Hesablama Palatasının fəaliyyətinin metodoloji əsaslarının təkmilləşdirilməsi istiqamətində tərtib edilmiş “Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə qəbul edilmiş kollegiya qərarlarının icrasına nəzarət edilməsi barədə metodiki göstəriş” və “Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən analitik fəaliyyət üzrə tədbirlərin hazırlanması, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Qaydaları” müzakirə olunub. Hər iki sənəd Hesablama Palatası tərəfindən analitik fəaliyyət üzrə tədbirlərin keçirilməsinin ümumi qaydalarını və prosedurlarını, eləcə də palata tərəfindən aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə Hesablama Palatası Kollegiyasının qəbul etdiyi qərarların kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən icra olunmasına palata tərəfindən nəzarət edilməsi pro¬sedurlarını müəyyən etmək məqsədilə hazırlanıb.
İclasda, həmçinin “Hesablama Palatasının işinin planlaşdırılması Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi üzrə müzakirə aparılıb. Metodiki göstəriş və Qaydalar, eləcə də “Hesablama Palatasının işinin planlaşdırılması Qaydaları”na əlavə və dəyişikliklər geniş müzakirə olunaraq təsdiq edilib.
Kollegiya iclasında Hesablama Palatasının 2019-cu il üçün İş planına əsasən bir sıra dövlət təşkilatları və müəssisələrində aparılmış auditin nəticələri üzrə qəbul edilmiş Kollegiya qərarlarının icrası vəziyyətinin monitorinqinin proqramları və Audit proqramları da təsdiq olunub.