Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həsən Həsənovun “Birinci respublikaya aparan yolda” adlı Azərbaycan tarixi oçerkləri kitabı çapdan çıxıb

Həsən Həsənovun “Birinci respublikaya aparan yolda” adlı Azərbaycan tarixi oçerkləri kitabı çapdan çıxıb

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycanın tanınmış siyasi və dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənovun oxuculara təqdim edilən “Birinci respublikaya aparan yolda” tarixi oçerklər kitabı onun Vətənimizin taleyi ilə bağlı çoxillik əmək və düşüncələrinin məhsuludur.

AZƏRTAC xəbər verir ki, “Muxtariyyət uğrunda mübarizə. Azərbaycan milli komitəsi”, “Müstəqillik uğrunda mübarizə” adlı iki hissədən ibarət monoqrafiya Azərbaycan və bütün müsəlman dünyası tarixində ilk demokratik respublikanın yaranması prosesini əks etdirir.

Ölkə tarixşünaslığında istifadə olunmamış mənbələrin
tədqiqata cəlb edilməsi

Monoqrafiyanın birinci hissəsində Azərbaycan dövlətinin təşəkkül tapması ərəfəsində mühüm tarixi hadisələrə ətraflı nəzər salınır. Müəllif Azərbaycanın Rusiya imperiyası tərəfindən müstəmləkəyə çevrilməsi tarixinə ekskurs edir və I Pyotrun İran yürüşlərindən başlayaraq 1918-ci ildə müstəqilliyin elan olunmasına qədərki tarixi dövrü beş mərhələyə bölür: “Birinci dövr müstəmləkəçiliyə yönəlmiş qeyri-mütəmadi cəhdlərdir, buraya I Pyotrun iki yürüşü də daxildir. İkinci dövr (1783-1801-ci illər) dinc vasitələrlə müstəmləkəçilik cəhdləridir. Üçüncü dövr 1801-ci ildən 1828-ci ilə qədər davam edir. Bu dövrdə müasir Azərbaycanın praktiki olaraq bütün ərazisi silah yolu ilə işğal edilir. Dördüncü dövr 1828-ci ildən başlayıb 1848-ci ilə qədər davam edir. Bu vaxt formal olaraq Azərbaycan xanlıqları mövcud olsa da, artıq müstəqil dövlət statusu daşımırdılar. 1848-ci ildən başlayıb 1917-ci ilin fevralında tamamlanan beşinci dövrü Azərbaycan xalqının öz tarixi torpaqlarında tam hüquqsuzluğu dövrü adlandırmaq olar”. 

Kitabda Azərbaycan xalqının əsası XIX əsr maarifçiləri M.F.Axundzadə, M.Kazımbəy, H.Zərdabi, S.Ə.Şirvani tərəfindən qoyulan, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Ağayev, N.Nərimanov və başqaları tərəfindən davam etdirilən milli özünüdərkin inkişafına xüsusi diqqət yetirilir. Müəllif Ə.Topçubaşovun geniş oxucu kütləsinə az məlum olan “Azərbaycanın təşəkkülü” məqaləsini çox yerində xatırlatmaqla və ondan sitatlar gətirməklə, oxucunun diqqətini Rusiya hakimiyyəti tərəfindən xüsusən də müsəlman xalqlarına qarşı assimilyasiya və milli heysiyyətin tapdanması siyasətinə yönəldir. Ə.Topçubaşov yazırdı ki, “ucqar ərazilərə göndərilən məmurlar Rusiyanın özündə heç bir işə yaramayan və rüşvətxorluğun ağır günahları içində batan ən pis rus qulluqçuların arasından seçilirdi”.

Monoqrafiyada vurğulanır ki, belə mühitdə xalqın milli maraqlarını ifadə edən təhsilli adamların meydana çıxması vətəndaş fədakarlığı idi və bu, imperiyanın süqutundan sonra özünü çox aydın göstərirdi - məhz həmin şəxslər müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması üçün nəhəng məsuliyyəti çiyinlərinə götürürdülər.

Heç də sadə olmayan dövrün gözlənilməz dəyişikliklərini Həsən Həsənov 1917-ci ildə Rusiyada baş verən hadisələrin, o cümlədən mütləqiyyətin yıxılması, Müvəqqəti Hökumətin elan olunması, bolşeviklərin iyun qiyamı, Kornilovun hücumu, nəhayət, oktyabr çevrilişinin fonunda təsvir edir.

Müəllifin həmin hadisələrin milli ucqarların, o cümlədən Azərbaycanın taleyinə necə təsir etməsinə baxışları diqqət çəkir. Onun ölkə tarixşünaslığında praktiki olaraq istifadə edilməmiş mənbələrə - A.İ.Denikinin, U.Çörçillin memuarlarına, türk, amerikalı, hətta yapon tarixçilərin əsərlərinə, Üzeyir və Ceyhun Hacıbəylilərin naməlum və az məlum məqalələrinə əsaslanaraq çıxardığı nəticələr böyük maraq kəsb edir.

Dəqiqlik və ardıcıllıq

Monoqrafiyada birinci respublikaya aparan çətin və əzablı yolun mərhələləri dəqiqlik və ardıcıllıqla verilib. Müəllif mütləqiyyətdən sonrakı Rusiyada və Azərbaycanda yeni hakimiyyət orqanlarının yaranmasını, Azərbaycan Xalq Cümhuriyyətində qanunverici və icra hakimiyyətlərinin gələcək orqanlarının əsasını təşkil edən ilk siyasi təşkilat və partiyaların formalaşması prosesini izləyir. Qafqaz və Ümumrusiya müsəlmanlarının 1917-ci ilin aprel və mayında keçirilmiş qurultaylarının materiallarının azərbaycanlı nümayəndələr tərəfindən Cənubi Qafqazda elan olunan milli-ərazi muxtariyyəti ideyasının qələbəsinin qanunauyğunluğunu təsdiqləyən bəzi mübahisəli anlara aydınlıq gətirən türk mənbələrinin əsasında çox dəqiqliklə aparılmış tədqiqat xüsusilə diqqətəlayiqdir. 

Müəllifin 1917-ci ildə milli drujinalar və Tatar alayı şəklində formalaşan, sonralar müstəqil respublikanın milli ordusunun özəyini təşkil edəcək Azərbaycan milli hərbi hissələrinin yaranmasının əsaslarını göstərmək cəhdləri maraq doğurur. Həsən Həsənov bununla bağlı ilk dəfə olaraq 1917-ci ilin sentyabrında Kiyevdə keçirilən, Rusiyada federativ respublikanın yaranmasına, həmçinin milli hərbi hissələrin formalaşmasına qərar verən Rusiya xalqlarının qurultayının materiallarına ətraflı nəzər salır.

1917-ci ilin oktyabr çevrilişindən sonrakı hadisələr Cənubi Qafqaz xalqları üçün xüsusi əhəmiyyət kəsb edir və müəllifin hərtərəfli təhqiqat mövzusudur. Həmin hadisələr kitabın “Müstəqillik uğrunda mübarizə” adlı ikinci hissəsində yer alıb. 1917-ci il dekabrın 2-də Dördlük İttifaqı ilə bağlanan atəşkəs, hərbi hissələrin cəbhəni tərk etməsi, generallar Kornilov, Denikin və Alekseyevin Donda bolşeviklər əleyhinə hərəkatı, Brest-Litovsk danışıqlarının başlanması kimi hadisələrin nəticəsində Rusiyada yaranan siyasi xaos, təbii ki, Cənubi Qafqazda da özünü göstərib.

Yetərincə dərindən öyrənilməyən məşhur beynəlxalq müqavilələr araşdırma obyekti qismində

Əsərdə Cənubi Qafqaz xalqları üçün taleyüklü əhəmiyyəti olan və indiyədək yetərincə dərindən öyrənilməyən məşhur beynəlxalq müqavilələrə xeyli diqqət ayrılır. Türkiyə ilə həmin vaxt formalaşmış Zaqafqaziya Komissarlığı arasında bağlanan Ərzincan müqaviləsinə görə, rus ordusu özünü buraxılmış elan edir, milli hərbi hissələrin formalaşdırılmasına icazə verilir. Bu, Petroqradda bolşevikləri təşvişə salmaya bilməzdi. Dekabrın 6-da Xalq Komissarları Sovetinin iclasında Stalin Zaqafqaziyadakı vəziyyətlə bağlı məruzə edir, sonra isə Stepan Şaumyanın Qafqazın fövqəladə komissarı təyin edilməsi haqqında qərar qəbul olunur. Kitabın müəllifi bu seçimi bir sıra məsələlər, ilk növbədə isə S.Şaumyanın erməni millətçi təşkilatları ilə sıx əlaqədə olmasında görür. Müəllifin fikrincə, S.Şaumyanın əsas missiyası, sadəcə, Zaqafqaziyada bolşevik hakimiyyəti qurmaq deyil, həm də bölgədən hərbi və siyasi amil kimi Türkiyəni kənarlaşdırmaq idi. 

Bununla belə, Ərzincan müqaviləsi 1917-ci il 5 (18) dekabr tarixində imzalandı və şübhəsiz ki, bu, bir tərəfdən Cənubi Qafqazı “müvəqqəti olaraq bolşevik rejimi dövrü”ndə qeyd-şərtlə olsa da, bolşevik hökumətindən asılı olmadan çıxış etməyə, digər tərəfdən isə gələcəkdə bolşevik hökuməti tərəfindən 1918-ci ilin martında imzalanacaq Brest-Litovsk müqaviləsini tanımağa məcbur edən Türkiyənin diplomatik uğuru idi.

Eyni tarixi hadisələrə müxtəlif rakursdan baxış

Müəllif yazır ki, bütövlükdə 1918-ci il I Dünya müharibəsində Almaniyanın və müvafiq olaraq həm də Türkiyənin məğlubiyyətinə qədər Türkiyə diplomatiyası üçün uğurlu olub. Türkiyə Cənubi Qafqazda mövqelərini möhkəmlədib və faktiki olaraq Zaqafqaziya hakimiyyət orqanlarının, yekunda isə Rusiya dövlət quruluşundan asılı olmayan ilk Zaqafqaziya Federasiyasının formalaşmasına imkan yaradıb. Həmin dövrün hadisələrinin son 15 ildə əhatəli öyrənilməsinə baxmayaraq, müəllif ən müxtəlif mənbələrdən bir çox yeni faktlar əldə etməyə və tarix elminə məlum olan hadisələrə tamamilə gözlənilməz yanaşma nümayiş etdirməyə nail olub. Bu, az öyrənilmiş 1918-ci ilin Şamxor hadisələrinə də, 31 mart 1918-ci ildə azərbaycanlıların soyqırımına da, Trabzon və Batum konfranslarının keçirilməsinin nüanslarına da, müstəqillik əldə edilən dövrdə azərbaycanlı, gürcü və erməni tərəflərinin tutduğu mövqelərə də aiddir. Monoqrafiyada deyilir: “XX əsrdə azərbaycanlıların taleyi bu cür yazılıb. Onlar silahsızdırsa, qurbanlığa çevrilirlər - XX əsrin əvvəlində bolşevik-daşnak blokunun, XX əsrin sonunda Yerevan və Kreml kommunistlərinin blokunun. XX əsrin əvvəlində bolşevik-daşnak bloku azərbaycanlıları qırmaqla bizi sovet hökumətinin qurulmasına yol vermək istəməməkdə, XX əsrin sonunda isə Yerevan və Kreml kommunistlərinin bloku bizi sovet hökumətinə qarşı çıxmaqda ittiham edirdi. Beləliklə, mahiyyətinə görə XX əsrin əvvəlində də, sonunda da qarşıdurma blokları, cəhdlər eyni idi - azərbaycanlıları ərazilərindən və dövlətçiliyindən məhrum etmək, azərbaycanlılar isə öz torpaqlarını qoruyub saxlamağa və milli dövlətçiliyini bərqərar etməyə can atırdılar”.

Müəllifin eyni tarixi hadisələrə müxtəlif rakurslardan yanaşması da maraqlı və diqqətəlayiqdir. Buraya Cənubi Qafqaz, o cümlədən Azərbaycan siyasətində rus, türk və alman amilləri, azərbaycanlı, gürcü və erməni siyasətçilərin son məqsədlərindəki fərqləri parlaq şəkildə üzə çıxaran hadisələr daxildir. Müəllif həm də Azərbaycanın 1917-ci ilin fevralından 1918-ci il mayın 28-dək qısa tarixini dövrləşdirməyə cəhd göstərir, bu vaxt hadisələrə yeni baxış və fərqli yanaşma nümayiş etdirir.

Həsən Həsənovun monoqrafiyasının “Müstəqilliyə doğru sonuncu addım və tariximizin dörd günü” adlı sonuncu fəsli xüsusilə diqqətəlayiqdir. Görkəmli alim Azərbaycanın müstəqilliyinin elan edilməsi haqqında qərarın hansı mürəkkəb beynəlxalq situasiyada və daxili ziddiyyətlər şəraitində verildiyini günbəgün və saatbasaat izləyir, həmin tarixi hadisələrdə hər bir iştirakçının rolunu xarakterizə edir. O, fundamental əsərini 1918-ci ilin mayı ilə bitirir ki, bu da olduqca rəmzidir, çünki həmin tarix Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsinə layiqli töhfə sayılacaq kitabın adında əks olunduğu kimi, əvvəlcə muxtariyyət, sonra isə müstəqillik uğrunda mübarizənin qanunauyğun yekunudur.

Kitabdan o da aydın görünür ki, “müstəqillik” şüarı birbaşa yaranmayıb, “mədəni”, “mədəni-milli”, “milli-ərazi” muxtariyyət ideyalarından müstəqil respublika üsuli-idarəsinə qədər inkişaf edərək müəyyən təkamül yolu keçib. Kitabda Rusiyada mütləqiyyətin devrilməsindən sonrakı proseslərdə, xüsusilə də xalqların milli azadlıq hərəkatı ilə bağlı hadisələrdə Azərbaycanın vacib rol oynadığı əsaslı şəkildə izah olunur.

Elmi redaktoru tarix elmləri doktoru İradə Bağırova olan kitab ilk dəfə 2010-cu ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən “Na puti k pervoy respublike” adı ilə çap olunub. Əsərin Azərbaycan dilində variantı “Şərq-Qərb” nəşriyyatının orijinalı əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb.

Tarix elmləri doktoru Həsən Həsənov “Makedoniyalı İsgəndər və Atropat”, “Bakı Qız qalası”, “Bakı tanrıçılıq kompleksi” və digər kitabların, çoxsaylı elmi məqalələrin müəllifidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib