Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi açılmışdır

Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi açılmışdır

Həştərxan, 27 oktyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 27-də Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi əraziyə gələn dövlətimizin başçısını Həştərxan vilayətinin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun üzvləri hərarətlə qarşıladılar.

Mərasimdə çıxış edən Həştərxan vilayətinin qubernatoru Aleksandr JİLKİN dedi:

-Çox hörmətli İlham Heydər oğlu!

Mənim əziz dostlarım, qonaqlarım!

Təkcə Azərbaycan üçün deyil, bütün keçmiş Sovet İttifaqı, postsovet məkanı və bizim kiçik vilayət üçün də böyük siyasi xadim olan möhtərəm və hörmətli bir insanın abidəsi üçün məhz bu yerin - Həştərxan kimi ağ şəhərin seçilməsi təsadüfi deyildir. Ona görə ki, ölkədə istər o dövrdə, istərsə də postsovet dövründə baş verən ən müsbət proseslər bu insanın adı ilə bağlıdır. Heydər Əliyev islahatlardan sonrakı münasibətlərimizi möhkəmləndirən əsas sima idi. Bu gün bu böyük insanın xatirəsinə ehtiram əlaməti olaraq Sizə, İlham Heydər oğlu, bu nadir abidəni ən qısa müddətdə hazırlamış və onu burada ucaltmış bütün həmkarlarınıza böyük məmnuniyyətlə “Çox sağ olun” demək istəyirik. Bu abidə həm rusiyalıların, həm də azərbaycanlıların qardaşlığının, dostluğunun, onların ruhən və qəlbən birliyinin rəmzidir.

Biz Həştərxan vilayəti barədə danışanda öz həyatımızı tərəfdaşlarımız - Xəzər sahilindəki qardaşlarımız olan azərbaycanlılarla ən sıx əlaqələr, iqtisadi və sosial sahədə inteqrasiya olmadan təsəvvür etmirik. Burada böyük bir Azərbaycan diasporu yaşayır. Mən bu gün Sizə demişəm, indi bir daha hamının yanında deyirəm ki, azərbaycanlılar bizim ən etibarlı tərəfdaşlarımız, bütün iqtisadi və sosial layihələrdə iştirak edən, qanunlara hörmət bəsləyən vətəndaşlarımızdır. Buna görə mən onlara həmişə təşəkkür edirəm, bu gün Sizin yanınızda bir daha təşəkkür edirəm. Bizim Həştərxan şəhərində Sizi salamlamağa şadam. Sağ olun ki, bu gün imkan tapıb Həştərxan şəhərinə baxmağa vaxt sərf etmisiniz. Böyük məmnuniyyətlə Sizinlə birlikdə bu abidəni açmaq istəyirəm. Sağ olun.

 

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV mərasim iştirakçılarına müraciət edərək dedi:

-Hörmətli Aleksandr Aleksandroviç!

Əziz dostlar!

Bu gün ölkələrimiz arasında münasibətlərin tarixində həqiqətən əlamətdar, tarixi gündür. Bu gün Həştərxanda, simasını dəyişən və modernləşən bu gözəl şəhərdə Azərbaycanın dahi oğlu Heydər Əliyevin abidəsi açılır. Heydər Əliyev bütün ömrü boyu öz xalqının rifahı naminə çalışmış, eyni zamanda, o, Rusiyaya, rus xalqına həmişə çox böyük məhəbbət bəsləmişdir. Onun ömrünün bir hissəsi Rusiya ilə bağlı olmuşdur. O, gənclik illərində Leninqradda, indiki Peterburqda təhsil almış, 80-ci illərdə Moskvada Sovet İttifaqı hökuməti sədrinin birinci müavini olmuş, Azərbaycan və rus xalqları arasında tarixi dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etməsi üçün çox işlər görmüşdür.

Mən bu gün əziz həştərxanlılara, ilk növbədə, qubernator Aleksandr Aleksandroviç Jilkinə Heydər Əliyevin xatirəsinə belə xeyirxah münasibətə görə səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Bu, bizim üçün çox dəyərlidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk. Bu cür münasibətə, Heydər Əliyevin abidəsi üçün şəhərin mərkəzində belə gözəl yerin ayrılmasına görə bütün Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu park Rusiya ilə Azərbaycan arasında dostluğun və qardaşlığın rəmzinə çevriləcəkdir. Bu park çoxmillətli Rusiyada, çoxmillətli Azərbaycanda yaşayan bütün xalqlar arasında dostluq mərkəzi olacaqdır. Bu gün qubernatorun Həştərxanda yaşayan azərbaycanlılar haqqında dediyi tərifli sözləri eşitmək mənim üçün çox xoş idi. Onlar Rusiyanın layiqli vətəndaşları, Həştərxanın layiqli sakinləridirlər və bizim ikitərəfli münasibətlərin inkişafında mühüm amildirlər.

Heydər Əliyev bütün ömrü boyu Azərbaycan xalqının daha yaxşı yaşamasına, Azərbaycanda müsbət proseslərin inkişaf etməsinə, islahatların həyata keçirilməsinə çalışırdı. Mən SSRİ-nin süqutunadək olan dövr barədə artıq danışmışam. Ən əsası budur ki, biz artıq vahid dövlətdə yaşamadığımız dövrdə - Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər sürətlə inkişaf etməyə başladı. Bütün bu illər boyu biz bütün istiqamətlərdə çox müsbət inkişaf görürük və bu gün bu, bizə - həm Rusiya, həm də Azərbaycan rəhbərliyinə münasibətlərimizi strateji tərəfdaşlıq kimi səciyyələndirməyə imkan verir.

Biz qonşuyuq, o cümlədən Xəzərdə də qonşuyuq. Biz birlikdə Xəzərin bundan sonra da sülh, dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma dənizi olaraq qalması üçün Xəzər regionunda çoxtərəfli fəal əməkdaşlığı təmin etməyə çalışırıq. Biz Rusiya Federasiyası ilə birlikdə Xəzərdə ərazi sərhədlərimizi artıq çoxdan müəyyən etmişik. Bu il Rusiya Prezidenti Dmitri Anatoliyeviç Medevedevin Azərbaycana səfəri zamanı biz quruda dövlət sərhədinin müəyyənləşdirilməsi ilə bağlı məsələləri razılaşdırdıq. Bütün bu amillər regionumuzda ümumi atmosferə çox müsbət təsir göstərir. Bu gün iki Xəzər və iki Qafqaz ölkəsi kimi Rusiya və Azərbaycan regional əməkdaşlıq, regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi, regionun inkişafı işində çox müsbət rol oynayırlar.

Mən əminəm ki, Rusiya və Azərbaycanın bölgədə sabitləşdirici rolu bundan sonra da regionun bütün ölkələri arasında daha tam anlaşmaya kömək edəcəkdir.

Bizi Rusiya ilə çoxəsrlik dostluq, əməkdaşlıq telləri bağlayır, bizi ümumi keçmişimiz birləşdirir. Bu gün, siyasi münasibətlərimizin ən yüksək səviyyədə olduğu bir vaxtda biz iqtisadi əlaqələrimizi fəal inkişaf etdiririk, energetika məsələləri fəal həll olunur, xalqlarımızın nümayəndələri arasında ünsiyyətə çox böyük həvəs vardır. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə böyük qayğı ilə yanaşılır. Həştərxanın Azərbaycan icması kimi, Azərbaycanın rus icması da öz ölkələrinin layiqli vətəndaşlarıdır və dövlətimizin inkişafına böyük töhfələr verirlər. Onlar həm də ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıran amildirlər.

Bu gözəl gündə mən xüsusi qeyd etmək istəyirəm ki, Həştərxanın necə inkişaf etdiyini, burada necə sürətli inkişaf getdiyini görmək mənim üçün çox xoşdur. Mən bu gün heyranlıq doğuran hər şeyi - sahilyanı ərazini, evlərin bərpasını, abadlaşdırma işlərini və sizin tarixi irsinizə neçə yanaşdığınızı göstərdiyinə görə Aleksandr Aleksandroviçə minnətdaram. Mən bu gün tarixi yerdə - Kremldə oldum, bərpa işləri aparılır, şəhər abadlaşdırılır. Bütün bunlar Rusiyanın inkişafının, habelə vilayət rəhbərliyinin öz şəhərinə, onun sakinlərinə, həyatın daha da yaxşılaşması, şəhərin daha da gözəlləşməsi işinə olan sevgisinin göstəricisidir.

Bakı və Həştərxan qonşu və qardaş şəhərlərdir. Bu gün mən buraya təyyarə ilə cəmi bir saata gəldim. Vaxtın necə keçdiyini heç hiss etmədim. Şəhərlərimiz arasında mövcud olan əlaqələr qədim tarixə malikdir. Bu gün onlar daha da möhkəmlənir, inkişaf edir. Əminəm ki, bu gün şəhərlərimizin, ölkələrimizin tarixində əbədi qalacaqdır. Əminəm ki, Rusiya ilə Azərbaycanı daha da yaxınlaşdırmaq üçün əlindən gələni etmiş Heydər Əliyevin obrazı ölkələrimiz və xalqlarımız arasında fəal əməkdaşlıq işində çox mühüm rol oynayacaqdır.

Bir daha, ilk növbədə, şəhər sakinlərinə, rəhbərliyə, qubernatora, şəhər hakimiyyətinə, bu gözəl abidənin, bu parkın yaradılmasında əməyi olanların hamısına təşəkkürümü bildirmək və sizin hamınıza xoşbəxtlik və rifah arzulamaq istəyirəm. Çox sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin abidənin üzərindən örtüyü götürdülər, önünə gül dəstələri düzdülər.

Azərbaycan diasporunun nümayəndələri ilə görüşən Prezident İlham Əliyev onlara vilayətdə aparılan quruculuq işlərində daha fəal iştirak etməyi tövsiyə etdi.

Daha sonra abidə ətrafında yaradılmış parkla tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, 3,5 hektar ərazidə salınmış istirahət guşəsində geniş abadlıq və yaşıllaşdırma işləri aparılmış, mindən artıq ağac əkilmişdir. Burada müasir işıqlandırma sistemi quraşdırılmış və gözəl fəvvarə yaradılmış, oturacaqlar qoyulmuşdur. Park həştərxanlıların sevimli istirahət yerinə çevriləcəkdir.

Parka toplaşan soydaşlarımız Azərbaycan Prezidentini hərarətlə alqışladılar. Dövlətimizin başçısı burada yaşayan azərbaycanlıların vəziyyəti ilə maraqlanaraq dedi:

- Necəsiniz, necə yaşayırsınız burada? Hər şey yaxşıdı? Çox şadam ki, siz burada yaxşı yaşayırsınız. Vilayətin rəhbəri də sizin fəaliyyətinizdən çox razıdır. Burada çox dəyərli vətəndaşlar kimi yaxşı fəaliyyət göstərirsiniz. Bu gün çox tarixi bir gündür. Ulu öndərin abidəsi açılıbdır. İndi gedib baxa da bilərsiniz. Gözəl istirahət yeridir. Sağ olun.

Prezident İlham Əliyev soydaşlarımıza uğurlar arzuladı.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər