“Həyatı sev" beynəlxalq xeyriyyə layihəsinə start verilib
Bakı, 15 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının dəstəyi ilə “AFFFAİR” brendinin rəhbəri, məşhur moda dizayneri Rüfət İsmayıl ölkəmizdə koronavirus pandemiyasına qarşı olan mübarizəyə qoşulmaq məqsədilə yeni “LoveLife” adlı aksiyaya start verib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində Rüfət İsmayıl tərəfindən xüsusi şəkildə dizayn edilmiş və məhdud sayda hazırlanmış köynəklər (T-shirt) satışa buraxılacaq. Köynəklərin satışından əldə olunacaq gəlir Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışlanacaq.
Bundan əlavə vətəndaşlar bu köynəkləri əldə edərək aksiyaya qoşula bilərlər. Aksiya ilə bağlı əlavə məlumatları layihə üçün xüsusi yaradılmış veb-səhifədən (https://www.lovelife.az/az/) əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]