“Heydər Əliyev - Azərbaycan muzeylərinin himayədarı” adlı interaktiv dərslərə start verilib
Bakı, 29 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində “Heydər Əliyev - Azərbaycan muzeylərinin himayədarı” adlı silsilə interaktiv dərslərə start verilib. İlk interaktiv dərsdə Xəzər rayonu 262 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Dərsin birinci hissəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan muzeylərinin inkişafındakı rolu haqqında (muzeyin fond materialları əsasında) hazırlanmış fotoslayd vasitəsilə şagirdlərə məlumat verilib.
Sonra məktəblilər gips fiquru üzərində simvolik suvenir rənglənməsi qaydasını öyrəniblər və müxtəlif intellektual oyunlarda iştirak ediblər. Daha sonra Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə ekskursiya təşkil olunub.