Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev adına Hərbi Lisey ölkəmizdə ixtisaslı hərbçi kadr hazırlığına öz töhfəsini verir

Naxçıvan, 27 fevral, AZƏRTAC

Dövlətimizin başçısının 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb.

“Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi müstəqil Azərbaycanın özünün də hərbi sərkərdəsi olsun”, - deyən Ulu Öndərin müdrikliyi və uzaqgörənliyi sayəsində ölkəmizdə qüdrətli milli ordu yaradılıb, onun ixtisaslı hərbçi kadrlarla təminatına böyük qayğı ilə yanaşılır. Naxçıvanda hərbi təmayüllü məktəbin yaradılması da məhz bu uzaqgörənliyin nəticəsində mümkün olub. Dahi rəhbərin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılıb.

1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən Ulu Öndərimiz bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq deyib: “Tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları - Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ...Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi”.

Həmin dövrdə 56 kursantla fəaliyyətə başlayan filial ötən dövrdə böyük inkişaf yolu keçib, Naxçıvanda gənclərin hərb sənətinə marağının artmasına səbəb olub.

Ulu Öndərin adını daşıyan ilk ünvan

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev milli ordu quruculuğunu, gənc hərbçi kadrların yetişdirilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılması da hərbi kadr hazırlığına növbəti töhfə idi. Ulu Öndərin adını daşıyan ilk ünvan olan Heydər Əliyev adına Hərbi Liseydə ötən dövrdə geniş quruculuq işləri aparılıb, burada Ümummilli Liderin büstü ucaldılıb, ikimərtəbəli qərargah binası, müasir tədris korpusu və yataqxana binası istifadəyə verilib, maddi-texniki baza xeyli gücləndirilib, kursantların yaşayış şəraiti yaxşılaşdırılıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2005-ci il dekabrın 19-da liseydə yaradılan şəraitlə tanış olub, kursantlar qarşısında çıxış edərək deyib: “Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu liseydə təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəklər. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar”.

Hərbi liseydə ölkəmizin müxtəlif bölgələrindən 100-dən çox kursant təhsil alır

Hazırda Heydər Əliyev adına Hərbi Liseydə 400-ə yaxın kursant təhsil alır ki, onların da 100-dən çoxu ölkəmizin digər bölgələrindəndir. Liseydə ən müasir avadanlıq və şəraitlə təmin olunmuş sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, iki linqafon kabinəsi, tarix, coğrafiya və hərbi kabinələr, 13 elektron lövhəli sinif, iki kompüter kabinəsi, müasir avadanlıqlarla təchiz olunmuş qapalı və açıq idman kompleksləri, süni örtüklü mini futbol meydançası, zəngin kitabxana var. Bu gün elektron lövhələr və internetə çıxışı olan kompüterlər dərslərin interaktiv formada keçirilməsinə və hərbi liseyin muzey şəbəkəsinə qoşulmasına imkan verir, dəqiq elmlər və xarici dillər müasir metodlarla tədris olunur. Kitabxana fondu latın qrafikalı yeni nəşrlərlə, o cümlədən elmi, bədii, siyasi və tarixi əsərlərlə təmin edilib. 

Bütün bu imkanlardan səmərəli istifadə edən müəllim-zabit heyəti bilikli, vətənpərvər, sağlam və əqidəli hərbçilərin yetişdirilməsində əllərindən gələni əsirgəmirlər. Keçirilən dərslərlə yanaşı, müxtəlif disput, olimpiada və yarışlar təşkil olunur, kursantların muxtar respublikada keçirilən tədbir və yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, Heydər Əliyev adına Hərbi Liseyin nəticələri ildən-ilə artır, ali hərbi məktəb və akademiyalara qəbul olunan kursantların sayı çoxalır.

Bu gün Heydər Əliyev adına Hərbi Lisey öz ətrafında yüzlərlə vətənpərvər gənci birləşdirən mötəbər hərbi təhsil müəssisəsinə çevrilib. Hərbi təhsil müəssisəsində tədrisin keyfiyyətini daha da artırmaq, kursantları mənəvi-psixoloji cəhətdən hazırlıqlı yetişdirmək üçün ardıcıl tədbirlər görülür. İlboyu keçirilən test-sınaq imtahanlarında, açıq və yoxlama dərslərində kursantların biliyi, fəallıqları yoxlanılır, nitq mədəniyyətinə yiyələnmələri, xarici dil mənimsəmələri daim diqqətdə saxlanılır.

Kursantların asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzindədir

Kursantların asudə vaxtlarının səmərəli təşkili istiqamətində də müvafiq tədbirlər görülür. Liseydə bilik yarışları, viktorinalar, tematik gecələr, kitab müzakirələri, şeir, inşa müsabiqələri keçirilir, muxtar respublikanın tarixi və görməli yerlərinə, muzeylərə ekskursiyalar, teatr tamaşalarına, filmlərə baxışlar təşkil olunur, oxunması zəruri olan kitabların müzakirələri aparılır. Liseyin kursantları muxtar respublikada keçirilən bilik olimpiadalarının və idman yarışlarının, Əlahiddə Ümumqoşun Ordusu üzrə idman yarışlarının, bədii özfəaliyyət və baxış-müsabiqələrinin də fəal iştirakçılarıdır. Kursantlar ölkə və muxtar respublika üzrə keçirilən fənn olimpiadalarında fəal iştirak edib, onlardan 2-si qızıl, 1-i gümüş, 7-si bürünc medal qazanıb.

Yeni-yeni uğurlara imza atılır

Bu gün Heydər Əliyev adına Hərbi Liseyi bitirənlər Müdafiə Nazirliyinin birləşmələrində, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrində, Milli Qvardiya və Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə şərəf və ləyaqətlə qulluq edirlər. Fəaliyyəti dövründə liseyi 4 kursant qızıl, 4 kursant gümüş, 11 kursant isə fərqlənmə attestatı ilə bitirib. Məzunlardan 64-ü xarici dövlətlərdə, o cümlədən Rusiya, Türkiyə və İtaliyada təhsillərini davam etdirirlər. Liseyin 5 əməkdaşı xüsusi xidmətlərinə görə dövlətimiz tərəfindən müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi lisey kursantlarına müraciətlə deyib: “Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində məqsədyönlü tədbirlər görülür. Ordu, birləşmə və hissələrinin maddi-texniki təminatı gücləndirilir, silahlanmaya ən müasir döyüş texnikaları daxil edilir. Bu bir reallıqdır ki, ordunun gücü, onun döyüş qabiliyyəti yalnız güclü maddi-texniki baza və silah təminatı ilə deyil, həm də komandan-zabit heyətinin hərbi hazırlığı və vətənpərvərliyi ilə ölçülür. Vətənpərvər və peşəkar zabit heyəti olmadan nizami və mütəşəkkil ordu yaratmaq, döyüş tapşırıqlarını uğurla yerinə yetirmək mümkün deyil. Hər bir kursant hərbi təhsil sistemini mükəmməl mənimsəməli, bilik və təcrübəsini artırmalı, müasir silahları, hərbi texnikanı bacarıqla idarə etmək vərdişlərinə yiyələnməlidir. Vətənə xidmətin əsasında dövlətçiliyimizə və dəyərlərimizə sədaqət dayanır. Milli dəyərlərimizi, tariximizi və qəhrəmanlıq ənənələrimizi öyrənməli, hər an Vətənin müdafiəsinə hazır olmalı, Azərbaycan zabiti adının şərəf və məsuliyyətini öz xidmətinizlə doğrultmalısınız”.

Heydər Əliyev adına Hərbi Lisey artıq 15 ildir ki, Ulu Öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi milli ordumuzun savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda fəaliyyət göstərir. Hərbi liseyin zabit-müəllim heyəti, kursant və məzunları bu şərəfli adı doğrultmağa çalışır, Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirlər.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Deputat: Məktəblərdə vahid geyim forması beynəlxalq təcrübədə geniş tətbiq olunur

Türk Strateji Düşüncə Mərkəzinin rəhbəri: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm

AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir

Nazir müşaviri: Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 17 faizi üzrə hədəflərə nail olunması plan üzrə irəliləyir

Dünyanın beş varlı insanı bir gün ərzində sərvətlərinə 336 milyard dollar əlavə edib

Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub

SOCAR və IPA layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsini nəzərdən keçirib

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Fariz İsmayılzadə: Məqsəd dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir

İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək

“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb

® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür

“Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti haqqında” 1-məktəbdənkənar təhsil №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

® ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Şəkidə yaş barama tədarükünə başlanılıb

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

Tunis millisinə yeni baş məşqçi təyin olunub

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib

FAO: Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsində özəl kapitalın rolu artırılmalıdır

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır

Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü

Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi diqqət mərkəzindədir

Bu saata olan əsas xəbərlər

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar

Nazir müavini: Dövlət Proqramı konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanır

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisləri Türkiyə təcrübəsini öyrəniblər

Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək

ADSEA rəsmisi: Qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır

Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb

Zaur Mikayılov: Şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr icra olunur

Qanunvericiliyin təkmilləşdirilməsi daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına töhfə verə bilər – RƏY

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

Zaur Əliyev: Yeni Dövlət Proqramı aqrar transformasiyanın əsas yol xəritəsidir

Natiq Məmmədli: Azərbaycan mediası yeni çağırışlara daha çevik reaksiya verəcək

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib

Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar

SESRIC rəhbəri: Halal iqtisadiyyatda standart fərqləri və məlumat çatışmazlığı əsas çağırışlardandır

Böyük Britaniyada yerli seçkilərdə namizəd olan azərbaycanlı: İlk seçki təcrübəm mənim üçün dəyərli dərs oldu

DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir

Danimarka hərracından alınan Bakı təsvirli unikal əsər geniş ictimaiyyətə təqdim edilib

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol

Ekoloqlar: İqlim böhranına davam gətirə biləcək təqribən 166 min kvadratkilometr mərcan rifləri mövcuddur

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb

Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Güləş Federasiyasında yeni komitə yaradılıb

Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

Natiq Əmirov: Aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının əsas hədəfi ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır

DÇ-2026-nın ilk altı günündə Qətər mundialından daha çox avtoqol qeydə alınıb

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir VİDEO

HDC rəsmisi: Halal iqtisadiyyat KOB-lar üçün inkişaf və təkmilləşmə aləti kimi çıxış edir

ABŞ-nin dəniz blokadasını aradan qaldırmasından sonra İranın beş gəmisi Hörmüz boğazından keçib

® “AzInTelecom” 73 mindən çox saxta IMEI kodu bloklayıb

Qanunsuz balıq ovu ilə bağlı 15 inzibati protokol tərtib edilib, 1 fakt üzrə cinayət işi açılıb

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunur VİDEO

Ameen Alsaadi: Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır

Dövlət Komitəsi sədrinin Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb