Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVANIN ÇIXIŞI

- Hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

Əziz qonaqlar!

Sizi Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Azərbaycan” internet portalının təqdimat mərasimində salamlayıram və bu axşam bizimlə olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Heydər Əliyev Fondu artıq bir ildən çoxdur ki, fəaliyyətə başlayıbdır. Biz qarşımıza çox böyük vəzifələr qoyaraq, onların həllinə nail olmağa, konkret layihələr işləyib həyata keçirməyə çalışırıq.

Yardıma ehtiyacı olan hər bir insana qayğı və diqqət Heydər Əliyev Fondunun əsas vəzifələrindən biridir. Ölkəmizdə sosial problemlərin həllində Fond çox fəal iştirak edir və bir sıra humanitar layihələr hazırlayıb həyata keçirir. İnternat məktəblərinin və uşaq evlərinin inkişafı layihəsi çərçivəsində indi Bakıda 12 məktəbdə əsaslı təmir aparılır. Demək olar ki, bu məktəblərin əksəriyyəti yenidən inşa edilir. “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri ilə yanaşı, cəmiyyətimizin bu cür problemlərinə yeni bir nəzər nöqtəsindən baxmağa çağırırıq. Fondun təşəbbüsü ilə respublikamızın bütün guşələrində ən ağır vəziyyətdə olan 132 məktəb üçün bina tikilir. Məktəblər yerli şəraitə uyğun layihələrlə inşa edilir. Bu gün demək olar ki, məktəblərin əksəriyyətində tikintiyə başlanıb. Ölkəmizin tarixi abidələrinin qorunmasında da Fond fəal iştirak edir. Gəncə şəhərində Cavadxan türbəsi, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpa edilməsi, Abdulla Şaiqin ev-muzeyinin təmir edilməsi Fondun bu istiqamətdə gördüyü tədbirlərin yalnız bir neçəsidir.

Amma Fondumuzun ən məsul və ən şərəfli vəzifəsi Heydər Əliyev tərəfindən yaradılan azərbaycançılıq ideyasını, azərbaycançılıq fəlsəfəsini təbliğ etməkdir. Biz çalışırıq ki, bu ideyanı davam etdirək. Bu gün diqqətinizə çatdırılan layihə də bu məqsədə xidmət edir.

Portalın üzərində işə başlamazdan əvvəl biz “Azərbaycan və internet” adlanan maraqlı bir araşdırma aparmışıq. Azərbaycanın dünya informasiya məkanına inteqrasiya olunması, Azərbaycan dilində internet resursları bizi maraqlandırıbdır. Bu araşdırmaların bəzi nəticələrini sizin diqqətinizə çatdırmaq istərdim. Bəzi mənbələrə görə, Azərbaycanda internetdən istifadə edənlərin sayı 300 min, digərlərinə görə isə 400-450 min nəfərə çatır. Yer kürəsində internet istifadəçilərinin sayı 1 milyarda çatır ki, bu da dünya əhalisinin 14 faizini təşkil edir. Məlumdur ki, Azərbaycanda internet poçt sistemi 1991-ci ildən fəaliyyət göstərir. İndi artıq Azərbaycanda internet resurslarının mövcudluğundan danışmaq mümkündür. Hazırda ölkəmizdə 3145 azərbaycandilli, 830 türkdilli, 1300 ingilisdilli, 1600 rusdilli sayt mövcuddur. Saytların məzmununu təhlil etsək, onların 150-si dövlət qurumlarna, nazirliklərə, siyasi partiyalara, ictimai təşkilatlara məxsusdur. Azərbaycanın rayonları barədə ümumi məlumatları əks etdirən cəmi 15 sayt mövcuddur. Qarabağ müharibəsinə, Xocalı soyqırımına, erməni vəhşiliklərinə həsr olunmuş 17 sayt mövcuddur. 26 sayt diasporla bağlı məsələləri əhatə edir.

Çox yaxşı haldır ki, dünyada gedən qloballaşmanın aparıcı qüvvələrindən biri olan informasiya və kommunikasiya texnologiyaları da Azərbaycanda öz yerini tutur. İnternet ölkəmizdə dinamik inkişaf edir. Yeni texnologiyalarla məşğul olan təşkilatların sayı günbəgün artır. Bizdə indi kifayət qədər internet resursu var. Amma məsələni daha dərindən öyrənəndə bir sıra daha ciddi nöqsanlar üzə çıxır. Şəbəkənin abbreviaturası ilə bağlı problemlər, yüksək səviyyəli axtarış sistemlərinin olmaması, saytların yeni informasiyalarla təmin edilməməsi, konkret bir problemə həsr olunmuş saytlarla yanaşı çox formal, müasir tələblərə cavab verməyən saytlar da vardır. Ölkəmizin beynəlxalq imicinə zərbə vuran, böhtan, yalan yayan, yanlış mövqeli, o cümlədən xalqımızın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə Ermənistanın mövqeyini əks etdirən külli miqdarda müxtəlif dilli saytlar da mövcuddur. Məhz bütün bunlara görə biz “Azərbaycan” portalının yaradılmasını çox zəruri hesab etdik. Bunu vaxtında atılmış bir addım kimi qiymətləndiririk. Əminəm ki, ölkəmizin ən qədim tarixindən tutmuş bugünkü reallığına qədər dövrü özündə əks etdirən bu portal çox problemlərin həllində mühüm rol oynayacaqdır.

Portal 3 dildə - Azərbaycan, ingilis və rus dillərində tərtib olunmuşdur. Yaxın gələcəkdə portalın alman, fransız, ərəb versiyalarının da hazırlanması nəzərdə tutulur. Mən portalın hazırlanmasında fəal iştirak edən bütün təşkilatlara, hər bir insana Heydər Əliyev Fondu adından dərin minnətdarlığımı bildirmək istəyirəm. İnanıram ki, “Azərbaycan” internet portalı çox qısa bir zamanda qiymətli və dəqiq informasiya mənbəyinə çevriləcəkdir.

Əziz qonaqlar, çıxışımın sonunda sizə işlərinizdə böyük uğurlar, həyatınızda çoxlu işıqlı və xoşbəxt günlər arzulayıram. İndi isə sizi Azərbaycan portalı haqqında filmə baxmağa dəvət edirəm.

Çox sağ olun.

X X X

Sonra “Azərbaycan” internet portalı (www.azerbaijan.az) haqqında film göstərildi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtmaq, ölkəmizi inkişaf yoluna çıxarmaq, hüquqi, demokratik dövlət quruculuğu yolu ilə tərəqqiyə zəmin yaratmaq üçün həyata keçirdiyi genişmiqyaslı işlərin müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, milli müstəqillik dövründə iqtisadiyyatın, elmin, mədəniyyətin müxtəlif sahələrində əldə edilmiş uğurlar filmdə əyani göstərildi. Təqdim edilən portalın Azərbaycan həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması, xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması kimi mühüm əhəmiyyətli bir arzu, amalla araya-ərsəyə gətirilmiş bu böyük layihənin vüsəti filmdə bir daha öz ifadəsini tapdı. Portalın “Xəbərlər”, “Ümumi məlumat”, “Təbiət”, “Tarix”, “İqtisadiyyat”, “Mədəniyyət”, “Cəmiyyət”, “Dövlət hakimiyyəti”, “Azərbaycan beynəlxalq aləmdə”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “İnzibati-ərazi vahidləri” və “Xəritələr” bölmələrinin hər biri haqqında verilən geniş məlumat razılıqla qarşılandı. Hər bölmədə mövzuya uyğun əhatəli elmi məlumatlarla yanaşı, çoxsaylı foto-şəkillərin, sənədlərin toplanması materialların dəyərini və təsir gücünü daha da artırır. Materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə istifadə olunmuş internet texnologiyalarına görə portalın respublikada analoqu yoxdur. Müasir informasiya texnologiyalarının imkanlarını bir daha nümayiş etdirən “Azərbaycan” portalı ölkəmizin beynəlxalq aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına sanballı kömək göstərəcəkdir.

X X X

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimova söz verildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO