RƏSMİ XRONİKA
HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI
açılış mərasimi oldu.
Azərbaycan Prezidenti İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, muzey görkəmli dövlət xadimi və siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin irsinin təbliği, gənc nəslin bu irsdən yararlanması məqsədi ilə yaradılmışdır. Burada ulu öndərin uşaqlıq və gənclik illərini, ailə həyatını, Azərbaycana rəhbərliyinin hər iki dövrünü, kənd təsərrüfatının, sənayenin inkişafına, ordu quruculuğuna, mədəniyyətə və idmana qayğısını, “Əsrin müqaviləsi”nin imzalanmasını, Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsini əks etdirən 240-a yaxın şəkil və eksponat, habelə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən kitablar toplanmışdır. Dörd bölmədən ibarət olan muzeydə Prezident İlham Əliyevin 2005-ci ildə Oğuz rayonuna səfəri və burada keçirdiyi görüşlərə dair fotoşəkillər də toplanmışdır.
Dövlətimizin başçısı muzeyin ayrı-ayrı guşələri ilə tanış oldu, muzeyin xatirə kitabına ürək sözlərini yazdı.