Heydər Əliyevin siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyevin siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır” mövzusunda maarifləndirici dərs keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi kursunun inkişafı sayəsində təşəkkül tapan milli dövlətçilik ideologiyasının öz obyektiv amilləri və qanunauyğunluqları ilə şərtləndiyini, bu ideologiyanın həyati, elmi, siyasi, fəlsəfi məzmununun obyektiv hadisələrdən irəli gəldiyini qeyd ediblər. Azərbaycan tarixinin 44 günlük Zəfər salnaməsinin yaradıcısı olan Prezident İlham Əliyevin Ulu Öndərin siyasi-ideoloji, dövlətçilik mənafeyini uğurla davam etdirməsi bir daha bütün dünyaya göstərir ki, Heydər Əliyevin uzaqgörən siyasəti yaşayır, yaşadır və ölkəmizi parlaq, aydın gələcəyə inamla aparır.
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Məmmədov “Heydər Əliyevin siyasi kursu müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır” mövzusunda geniş məruzə ilə çıxış edib.
Sonda mövzu ilə bağlı çıxışlar dinlənilib.