Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hilmi Bengi: Yüz yaşlı AZƏRTAC Azərbaycanın dünyada tanıdılmasına önəmli töhfələr verib

Ankara, 2 yanvar, AZƏRTAC

Türkiyədə beynəlxalq indekslə nəşr edilən, geniş oxucu auditoriyasına malik “İletişim” (“Jurnalistika”) jurnalında Türk Ticarət və Sənaye Palatasının İqtisadiyyat və Texnologiya Universiteti rektorunun müşaviri, Anadolu Agentliyinin sabiq baş direktoru, tanınmış publisist Hilmi Benginin “Bir əsr yaşı olan informasiya agentliyinin - AZƏRTAC-ın Azərbaycanın dünyada tanıdılmasında rolu” sərlövhəli elmi məqaləsi dərc olunub.

Tədqiqat xarakterli məqalədə Azərbaycanın ilk milli xəbər agentliyi olan AZƏRTAC-ın 100 il ərzində keçdiyi mürəkkəb və şərəfli yol, fəaliyyətinin müxtəlif mərhələləri, qloballaşan dünyanın informasiya məkanında yeri və rolu, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması sahəsində gördüyü işlər tarixi faktlar və mənbələr əsasında araşdırılaraq təhlil olunur.

Müəllif qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin səsi olaraq 100 il əvvəl fəaliyyətə başlayan AZƏRTAC (Azərbaycan Teleqraf Ajansı) yalnız iki ay müstəqil agentlik kimi fəaliyyət göstərə bilib. Sonrakı illərdə sovet xəbər agentliklərinin filialına çevrilib və adı bir neçə dəfə dəyişdirilib. Azərbaycanın yenidən müstəqillik qazanması ilə tarixi adı bərpa olunan AZƏRTAC bu dönəmdə böyük inkişaf yolu keçərək beynəlxalq informasiya təşkilatlarında fəal mövqeyi ilə ölkənin dünyada tanıdılmasına önəmli töhfələr verib.

AZƏRTAC-ın yaradılmasını şərtləndirən amillərdən bəhs edən Hilmi Bengi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə, ilk milli hökumətin çətin siyasi münasibətlər şəraitindəki fəaliyyətinə, eləcə də Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasına qısa ekskurs edir, agentliyin həmin dövrdəki 58 günlük fəaliyyətinə bu hadisələr fonunda nəzər yetirir.

Məqalədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Dövlət İnformasiya Agentliyinin yenidən qurulması, fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar, bu məqsədlə imzalanmış fərman və sərəncamların əhəmiyyəti diqqətə çatdırılır. “Heydər Əliyev dönəmində AZƏRTAC” və “İlham Əliyev dönəmində AZƏRTAC” başlıqlı iki bölmədə AZƏRTAC-ın fəaliyyətinə göstərilən diqqət və qayğının nəticələri agentliyin inkişaf dinamikası əsasında təhlil olunur. Həmçinin müasir dövrdə xəbər agentliklərinin dünya informasiya məkanında mövqelərini şərtləndirən cəhətlər AZƏRTAC-ın timsalında şərh edilir. Agentliyin işinin müasir informasiya texnologiyaları əsasında yenidən qurulması, beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə nail olunmasında göstərilən səylər, dünya informasiya məkanına inteqrasiya prosesləri, nüfuzlu regional qurumlar və aparıcı ölkələrin milli xəbər agentlikləri ilə əlaqələr ətraflı təhlil edilməklə yanaşı, AZƏRTAC-ın inkişafını təmin edən hüquqi bazanın əsasları da tədqiqata cəlb olunur.

Diqqətə çatdırılır ki, AZƏRTAC-ın inkişaf tarixinin böyük bir mərhələsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra başlanan inkişaf prosesi nəticəsində agentliyin fəaliyyətində ciddi dönüş yaranıb, o, Cənubi Qafqazda SİTA-nın xəbərlərini yayan əsas mərkəzə çevrilib, sovet məkanında birincilər sırasında yeni informasiya texnologiyaları ilə təchiz edilib.

Tədqiqat işində AZƏRTAC-ın beynəlxalq əlaqələrinə geniş yer ayrılır. Agentliyin Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyası (BSANNA), Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası (ANİA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Dünya Xəbər Agentlikləri Konqresi və digər beynəlxalq media qurumları ilə əməkdaşlığını ayrı-ayrılıqda araşdıran müəllif belə bir nəticəyə gəlir ki, 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya eyni vaxtda uğurla sədrlik etməsi AZƏRTAC-a dünya informasiya məkanında böyük nüfuz qazandırıb.

Diqqətə çatdırılır ki, agentliyin 2017-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən yeni Nizamnaməsində qarşısına Azərbaycan həqiqətlərini dünyada daha geniş coğrafiyada yaymaq vəzifəsi qoyulan AZƏRTAC hazırda 150-dən çox ölkənin milli informasiya agentliyi ilə xəbər mübadiləsi aparır. Onun 21 ölkədə müxbir məntəqəsi fəaliyyət göstərir.

AZƏRTAC-ın keçdiyi inkişaf yolunu arxiv sənədləri və çoxsaylı mənbələr əsasında əks etdirən məqalədə Azərbaycanın şanlı Vətən müharibəsində qazandığı Qələbədən də bəhs olunur və müəllif tədqiqatına aşağıdakı fikirlə yekun vurur: “Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi zamanı AZƏRTAC-ın dünya mediasında yer alan xəbərləri, fotoşəkilləri və videomaterialları agentliyin ölkənin xarici arenada təbliği və onun imicinin beynəlxalq aləmdə düzgün şəkildə əks etdirilməsində oynadığı təsirli rolu bir daha nümayiş etdirdi”.

Qeyd edək ki, “TUBITAK-Ulakbim” və “DOAJ” tərəfindən indeksləşən nəzəriyyə və araşdırma jurnalı olan “İletişim”in məsul redaktoru Ankara Hacı Bayram Vəli Universitetinin dekanı, professor Zakir Avşardır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb