Hindistanda COVID-19-a yoluxmada və ölüm sayında yeni rekord qeydə alınıb
Pekin, 23 iyul, AZƏRTAC
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına rekord sayda - 45 min 720 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 1 milyon 238 min 635 nəfərə çatıb.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ötən sutka ölkədə COVID-19 səbəbindən ölüm sayında da rekord qeydə alınıb - 1129 ölüm. İndiyədək Hindistanda 29 min 861 nəfər bu virusdan ölüb. Virusa yoluxanların 63 faizinin sağaldığı bildirilir.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyadan sonra 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]