Hindistanda daşqın nəticəsində ölənlərin sayı 53 nəfərə yüksəlib
Bakı, 7 oktyabr, AZƏRTAC
Hindistanın şimal-şərqindəki su anbarlarının birində suyun səviyyəsinin artması səbəbindən baş verən daşqın nəticəsində həlak olanların sayı 53 nəfərə yüksəlib.
AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, həlak olanların 7-si hərbçidir.
Hakimiyyət orqanlarının məlumatına görə, indiyədək 2 min 400 nəfər xilas edilib, itkin düşən 140-dan çox insanın axtarışı isə davam edir. Təbii fəlakət bölgəsində 1200-dən çox evə zərər dəyib.
Hindistan Hərbi Hava Qüvvələrindən bildiriblər ki, əlverişsiz hava şəraiti səbəbindən daşqın zonasındakı ərazilərə helikopterlərlə yardım çatdırmaq mümkün olmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]