Hindistanda gündəlik yoluxma sayı 40 mini ötüb
Pekin, 20 iyul, AZƏRTAC
Hindistanda ötən gün ərzində COVID-19 infeksiyasına 40 min 243 yoluxma qeydə alınıb. Bu, pandemiya başlayandan bəri Hindistanda qeydə alınmış gündəlik ən yüksək göstəricidir.
AZƏRTAC pandemiyanın statistikasını aparan “Worldometers” saytına istinadla xəbər verir ki, indiyədək Hindistanda 1 milyon 118 min 107 nəfər yeni növ koronavirusa yoluxub. Ötən gün ölkədə COVID-19 səbəbindən 675 ölüm halı baş verib. İndiyədək, ümumilikdə 27 min 503 nəfər bu virusdan ölüb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyadan sonra üçüncü sıradadır. Ən çox yoluxma halları Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]