Hindistanda gündəlik yoluxma sayı 50 minə yaxınlaşır
Pekin, 24 iyul, AZƏRTAC
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 49 min 310 yoluxma qeydə alınıb. Bu, Hindistanda gündəlik yoluxma üzrə yeni rekorddur.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 1 milyon 287 min 945 nəfərə çatıb. Ötən sutka COVID-19 səbəbindən 740 ölüm baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 30 mini ötüb.
Nazirlik virusa yoluxanların təxminən 63 faizinin sağaldığını açıqlayıb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyanın ardından 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir. Bu bölgələrin hər birində ümumi yoluxma sayı 100 mindən yuxarıdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]