Hindistanda koronavirusa 14,7 min yeni yoluxma halı qeydə alınıb
Bakı, 20 iyun, AZƏRTAC
Hindistanda son sutka ərzində 14 min 721 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 366 nəfər isə həyatını itirib.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyunun 19-da ölkədə koronavirusa yoluxanların sayı 13 min 827 nəfər, ölənlərin sayı isə 342 nəfər təşkil etmişdi.
Hazırda Hindistan yoluxma hallarının sayına görə dünyada dördüncü yerdə qərarlaşıb. Koronavirus infeksiyasından ən çox ölkənin mərkəzində yerləşən Maharaştra ştatı zərər görüb. Burada 124 min 331 nəfər xəstə qeydə alınıb. Tamilnad ştatında 54 min 449, paytaxt Dehli dairəsində isə 53 min 116 nəfər COVID-19 xəstəliyinə yoluxub.
Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Saytın Bakı vaxtı ilə bu gün saat 11:30-a olan məlumatına əsasən, dünyada 8 milyon 766 mindən çox yoluxma və 462 min 706 ölüm faktı qeydə alınıb, 4 milyon 628 min 625 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
Hindistanda koronavirusa yoluxanların sayı 396 min 182 nəfərə çatıb, 12 min 970 nəfər isə xəstəlik səbəbindən vəfat edib. Hazırda müalicə alan 169 min xəstədən 8 min 944-nün vəziyyəti ağır qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [10:32]
“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib
- 08.10.2026 [10:30]
Medef: Fransa dövlət xərclərini azaltmalıdır
- 08.10.2026 [08:06]
CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər
- 08.10.2026 [07:14]
Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar
- 08.10.2026 [05:24]
“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır
- 08.10.2026 [03:04]
Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]
Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub
- 07.10.2026 [18:56]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [18:41]
ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?
- 07.10.2026 [18:11]
Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar
- 07.10.2026 [18:07]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [18:06]
Sabah Masallının 5 kəndində qaz olmayacaq
- 07.10.2026 [18:01]
Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib
- 07.10.2026 [17:55]
Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş
- 07.10.2026 [17:50]