DÜNYA
Hindistanda yəhudi tayfası tapılmışdır
Bakı, 27 dekabr (AZƏRTAC). Eramızdan əvvəlki dövrlərdə İsraili tərk edərək Hindistana yollanmış yəhudilərin törəmələri indi vətənə, İsrailə qayıdırlar.
AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın şimal-şərqindəki Bney Menaşe kəndinin 300 sakini yaxın günlərdə İsrailə yollanacaqdır.
Gələn ilin sonuna qədər isə Bney-Menaşenin 7200 sakininin hamısının İsraildə məskunlaşacağı bildirilir. İsraildəki “Shaey İzrael” qeyri-kommersiya təşkilatının nümayəndəsi Maykl Froyndun dediyinə görə, köçmə prosesi sürətləndiriləcəkdir.
Bney Menaşe kəndinin sakini, 26 yaşlı Linq Lençonz demişdir ki, min il davam edən gözləntidən sonra arzularımız çin olur, vətənə qayıdırıq.
Bney Menaşe kəndinin sakinləri deyirlər ki, onlar eramızdan əvvəl 8-ci əsrdə İsraildən qovulan və Hindistana yollanan yəhudilərin törəmələridir.
2005-ci ildə İsrailin baş rebesi onları İsrail övladlarının itmiş tayfası kimi rəsmən tanımışdır.
Hindistanın Manipuro və Mizoram ştatında yaşayan Bney-Menaşe mənsublarının köçünün başa çatacağı gün hələ dəqiq bəlli deyildir.