Hondurasda 5,9 maqnituda gücündə zəlzələ olub
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-də Hondurasda 5,9 maqnituda gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Mərkəzi Amerika ölkələrində və Meksikanın cənubunda da hiss edilib.
AZƏRTAC ABŞ-ın Geoloji xidmətinə istinadla xəbər verir ki, zəlzələnin episentri Honduras körfəzinin sahilində olub.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib. Zəlzələ Türkiyə və Suriyadakı ardıcıl yeraltı təkanlar silsiləsindən iki gün sonra qeydə alınıb.
İlkin məlumatlara görə, zəlzələ Beliz, Salvador, Qvatemala, Honduras, Nikaraqua və Meksikada hiss edilib.
“El Heraldo de Honduras” qəzetinin yazdığına görə, yeraltı təkanlar 10 saniyə davam edib və ölkə əhalisi arasında təşvişə səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]