Honkonqda yanğında ölənlərin sayı 128 nəfərə çatıb VİDEO
Bakı, 28 noyabr, AZƏRTAC
Çərşənbə günü Honkonqdakı yaşayış kompleksində baş verən yanğın nəticəsində azı 128 nəfər həlak olub. Ölənlər arasında yanğınsöndürənlərin də olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə şəhərin təhlükəsizlik bürosunun rəhbəri Kris Tan mətbuat konfransında deyib. Yerli medianın məlumatına görə, çox sayda insan hələ də itkin düşmüş sayılır və bu səbəbdən ölənlərin sayının artacağı istisna olunmur.
Qeyd edək ki, Honkonqun şimalında yerləşən Tay Po rayonundakı səkkizbloklu, 1900 mənzilli “Van Fuk Kort” yaşayış kompleksində yanğın binanın üzlüyünün yenilənməsi zamanı baş verib. Bambuk materialdan hazırlanan ayaqaltılardan başlayan yanğın qısa müddət ərzində genişlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]