HUDCO rəhbəri: Azərbaycan dayanıqlı inkişafda yüksək potensiala malikdir VİDEO
Bakı, 18 may, AZƏRTAC
Dayanıqlı və ekoloji baxımdan səmərəli inkişaf müasir şəhərsalma siyasətinin əsas istiqamətlərindən biridir.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Hindistanın Yeni Dehli şəhərində yerləşən “Housing and Urban Development Corporation Limited” (HUDCO) şirkətinin baş icraçı direktoru Şaileş Prakaş Tripati deyib.
O bildirib ki, forum dünya liderlərini, nümayəndələri və mütəxəssisləri bir araya gətirərək dayanıqlı inkişaf məsələlərinin müzakirəsi üçün mühüm imkan yaradır. “Əsas məqsəd uzunmüddətli və ekoloji cəhətdən davamlı inkişaf modelinin formalaşdırılmasıdır. Azərbaycanın infrastrukturu və inkişaf səviyyəsi müsbət təəssürat yaradıb. Azərbaycanın dayanıqlı və səmərəli infrastruktur sahəsində dünyaya təqdim edə biləcəyi mühüm və yüksək potensiala malik imkanlar mövcuddur”,- deyə Şaileş Prakaş Tripati əlavə edib.