İDMAN
IBA Çempionlar Gecəsi: Azərbaycanın iki boksçusu qalib gəlib
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın iki boksçusu - Sərxan Əliyev və Nicat Hüseynov Bakıda boks üzrə Beynəlxalq Boks Assosiasiyasının (IBA) təşkil etdiyi Çempionlar Gecəsində görüşlərini keçiriblər.
AZƏRTAC xəbər verir ki, 71 kiloqram çəki dərəcəsində mübarizə aparan S.Əliyev monqolustanlı Monx-Erdene Urançimeqə qalib gəlib. 51 kiloqramda Avropa çempionu Nicat Hüseynov isə Con Zuluetanı (Filippin) məğlub edib.
Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunan yarışda dünyanın ən güclü boksçuları iştirak edirlər. Çempionlar Gecəsində üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov da (+92 kiloqram) rinqə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2024 [15:54]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal əldə edib
- 05.10.2024 [15:32]
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə gümüş medal qazanıb
- 05.10.2024 [15:10]
“Gəncə” heyətinə yeni basketbolçu qatıb
- 05.10.2024 [14:21]
Tanınmış avarçəkən Azərbaycana səfər edib
- 05.10.2024 [13:16]
Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib
- 05.10.2024 [12:42]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 05.10.2024 [11:01]