İçərişəhərdə türkiyəli heykəltəraşın sənət əsərləri sərgilənir
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 2-də İçərişəhərdəki “Art Tover” qalereyasında Türkiyənin tanınmış heykəltəraşı Sevincinin “Şəkərsiz” adlı sərgisi açılıb.
Şirniyyat taamlarına həsr olunan sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşdırılıb.
Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib. O deyib: “Sərgidə türkiyəli heykəltəraşın 10-dan artıq sənət əsəri nümayiş olunur. Maarifləndirici xarakter daşıyan sərgi insanları şəkərdən uzaq olmağa çağırır”.
Sərgi noyabrın 12-dək davam edəcək.