IDEA quş sığınacaqları Bakının müxtəlif ərazilərində quraşdırılmışdır
Bakı, 13 may (AZƏRTAC). IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) Kampaniyası hər il may ayının 11-12-də qeyd olunan Dünya Köçəri Quşlar Günü münasibətilə Bakı şəhərinin müxtəlif ərazilərində quş sığınacaqlarının quraşdırılmasını həyata keçirmişdir.
IDEA Kampaniyasından AZƏRTAC-a bildirmişlər ki, quş sığınacaqlarının quraşdırılması müvafiq olaraq İçərişəhər və Azərbaycan Diplomatik Akademiyasının (ADA) universitet şəhərciyindəki yaşıllıq ərazilərdə reallaşdırılmışdır.
Ümumilikdə 30-dan çox quş sığınacaqlarının quraşdırılması həyata keçirilmişdir.
Quş sığınacaqları İçərişəhərdə “İrəli” İctimai Birliyinin fəalları, Azərbaycan Diplomatik Akademiyasının universitet şəhərciyində isə ADA-nın tələbələrinin iştirakı ilə quraşdırılmışdır.
Şəhərlərin ekoloji balansının bərpa olunmasında əhəmiyyətli rol oynayan quş sığınacaqlarının quraşdırılması hər il may ayında qeyd olunan Beynəlxalq Köçəri Quşlar Gününə həsr edilmişdir.
IDEA quş sığınacaqları bundan əvvəl Bişkek, Moskva şəhərlərində və Minsk şəhəri ətrafında quraşdırılmışdır.
Quş sığınacaqlarının Bakı şəhəri ərazisində quraşdırılmasının qarşıdakı günlər ərzində davam etdirilməsi planlaşdırılır.
Bildiyimiz kimi, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) Kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə 2012-ci ilin may ayında Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə “Quşlar üçün sığınacaq dizaynı” adı altında müsabiqə elan etmişdir.
Müsabiqəyə 100-dən çox eskiz təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]