Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdman həmrəyliyi Azərbaycanı davamlı inkişafa səsləyir ŞƏRH

İdman həmrəyliyi Azərbaycanı davamlı inkişafa səsləyir  ŞƏRH

Bakı, 27 dekabr, AZƏRTAC

Bu gün Azərbaycan dünyada qədim idman ənənələri ilə seçilən az ölkələrdən biri olaraq tanınır. Heç kəsə sirr deyil ki, bu sahənin inkişaf strategiyasının təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən atılıb. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirilib, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsinə qayğı ilə yanaşılıb. Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafına güclü təkan verdi. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirildi.

Bu sözlər Milli Məclisin deputatı Məzahir Əfəndiyevin “İdman həmrəyliyi Azərbaycanı davamlı inkişafa səsləyir” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycanda Milli Olimpiya Komitəsinin 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, yalnız 1997-ci ildən etibarən bu sahədə əhəmiyyətli inkişafa nail olundu. Belə ki, həmin il Azərbaycanda Milli Olimpiya Komitəsinin yenidən təşkil olunması, İlham Əliyevin yekdilliklə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycanın idman siyasətinin və Olimpiya hərəkatının yeni müstəvidə müstəqil inkişafında mühüm rol oynadı. O zaman məhz İlham Əliyev idmanın və olimpiya hərəkatının inkişafına yönəlik təşəbbüsləri ilə ölkənin beynəlxalq idman arenasında daha da tanınmasına və uğurlar əldə etməsinə əhəmiyyətli töhfələr verdi.

Ümumiyyətlə, Azərbaycan ilk dəfə 1998-ci ildə Yaponiyada keçirilən Qış Olimpiya Oyunlarında təmsil olunsa da, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya Oyunları ölkəmizin olimpiya hərəkatı tarixində ən böyük uğuru idi. O zaman Ulu Öndər Heydər Əliyevin Sidney Olimpiya Oyunlarına Azərbaycan idmançılarını şəxsən yola salarkən göstərdiyi diqqət və dəstək, idmanın inkişafı üçün yeni bir dövrün başlanğıcını qoydu. Sidney Olimpiadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu.

Təbii ki, o zamandan bu günə qədər Azərbaycanda idman siyasəti davamlı olaraq inkişaf etdi, görülən işlər nəticəsində idmançılarımızın beynəlxalq arenada daha yüksək nəticələr əldə etməsinə və Azərbaycan idmanının beynəlxalq səviyyədə tanınmasına xüsusi təkan verdi.

Təsadüfi deyil ki, 2024-cü ildə ölkəmizi ləyaqətlə təmsil edən Azərbaycan idmançıları müxtəlif yarışlarda 1700-ə yaxın medal qazanıblar. Dekabrın 24-də ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”.

Bu göstəricilər bundan sonra da Azərbaycanın idman sahəsində uğurlarının bol olacağını, vətənpərvər idmançılarımızın qədirbilən Azərbaycan xalqını əldə etdikləri yüksək nəticələrlə sevindirəcəyini deməyə əsas verir. Xüsusilə, idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda ölkəni təmsil edərkən əldə etdikləri qələbələr, Bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində, Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağının, fiziki-hərbi hazırlığının, Vətənə və Azərbaycan Bayrağına olan məhəbbətinin artmasında əməli rol oynayır.

Bu baxımdan, bu gün Azərbaycanın hər bir regionunda idmanın hərtərəfli inkişafına şərait yaradılıb. Bu iş davamlı olaraq inkişaf etdirilir və hazırda vətənpərvər Azərbaycan gəncliyinin şücaəti ilə işğaldan azad edilmiş doğma Qarabağımızda da həyata keçirilir. Ağdam şəhərində yeni stadionun inşa edilməsi, Xankəndi şəhər stadionunun əsaslı təmiri, Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməlinin qoyulması həm öz dədə-baba yurdlarına qayıdan insanlarımızın idmana əlçatanlığını təmin edəcək, eləcə də işğaldan azad edilmiş ərazilərdə gələcəkdə mötəbər beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün etibarlı zəmin olacaq.

Xüsusilə, Azərbaycanın idman ictimaiyyətinin iştirakı ilə 30 ildən sonra ilk dəfə Xankəndi şəhər stadionunda Qarabağ futbol klubumuzun tarixi yoldaşlıq oyununun keçirilməsi, bir daha idmanın, o cümlədən idman ictimaiyyətinin yalnız sülhə və davamlı inkişafa kökləndiyini ortaya qoyur.

Qeyd edim ki, Azərbaycan növbəti il daha bir böyük idman yarışına ev sahibliyi edəcək. Belə ki, respublikamızın 14 şəhərində təqribən yeddi min idmançının iştirak edəcəyi Üçüncü MDB Oyunlarının yarışları baş tutacaq. Bu Oyunlarda MDB-yə üzv dövlətlərin idmançıları bayram ab-havası ilə qarşılıqlı hörmət, dostluq, sağlam rəqabət, təhlükəsizlik və dayanıqlı sülhə əsaslanan həmrəyliyi nümayiş etdirəcəklər. Əminəm ki, bu yarışlarda da idmançılarımız Azərbaycanı yüksək səviyyədə, ləyaqətlə təmsil edəcək və bundan sonra bu sahədə əldə edəcəyimiz qələbələr yeni dövrün çağırışlarına cavab verən idman növlərinin inkişaf etdirilməsi üçün şərait yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir

“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır

Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib

Azərbaycançılıq ideyası xalqımızı birləşdirən ən mühüm milli dəyərdir - ŞƏRH

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək