RƏSMİ XRONİKA
İ.H.ƏLİYEVİN AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ VƏZİFƏSİNƏ TƏYİN EDİLMƏSİNƏ RAZILIQ VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən qərara alır:
İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilsin.
M.Ələsgərov
Azərbaycan Respublikası
Milli Məclisinin sədri
Bakı şəhəri, 4 avqust 2003-cü il.
***
İ.H.ƏLİYEVİN AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ TƏYİN EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıram:
1.İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Baş naziri təyin edilsin.
2.Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
4 avqust 2003-cü il.