II Elizabet ad gününün ilk dəfə atəşfəşansız qeyd olunmasını istəyir
Bakı, 18 aprel, AZƏRTAC
Böyük Britaniya kraliçası II Elizabet bu il aprelin 21-də keçiriləcək 94-cü ad gününün atəşfəşanlıq etmədən qeyd olunmasını istəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli ITV telekanalının redaktoru Kris Şip özünün “Twitter” səhifəsində yazıb. II Elizabet taxtda olduğu 68 il ərzində ilk dəfə bu cür xahişlə çıxış edib. O, pandemiya şəraitində belə təntənələrin yolverilməz olduğu qənaətindədir.
Kraliça ənənəvi olaraq ad gününü ildə iki dəfə keçirir. Anadan olduğu gün aprelin 21-i xüsusi təntənə ilə müşayiət edilmir. Parad və el şənlikləri ilə qeyd olunan rəsmi ad günü isə, əsasən havanın əlverişli olduğu iyun ayının ikinci şənbə günü baş tutur.
Böyük Britaniyada atəşfəşanlıq kral ailəsi ilə bağlı bəzi günlərdə təşkil olunur. Buraya II Elizabetin ad günündən başqa, onun taxta çıxdığı fevralın 6-sı, taclandırıldığı iyunun 2-si, həyat yoldaşı şahzadə Filippin ad günü - iyunun 10-u, vəliəhd Uels şahzadəsi Çarlzın ad günü - noyabrın 14-ü və parlament sessiyasının açılışı günü daxildir.
Mart ayının ortalarında koronavirusla bağlı təhlükəsizlik səbəbindən risk qrupuna daxil olan kraliça II Elizabet və şahzadə Filipp Londonu tərk edərək Vindzor qəsrinə yollanıb.
COVID-19 pandemiyasının statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 16:40-a olan məlumatına əsasən, Böyük Britaniyada 108 mindən çox yoluxma və 14 min 576 ölüm faktı qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]