III MDB Oyunları: Şpaqa üzrə Azərbaycan millisi finala yüksəlib
Gəncə, 7 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
III MDB Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışları davam edir.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə İdman Sarayında reallaşan yarışlarda Azərbaycanın şpaqa üzrə oğlanlardan ibarət millisi yarımfinalda Özbəkistanla qarşılaşıb.
Rəqibini 42:37 hesabı ilə üstələyən millimiz həlledici görüşə vəsiqə qazanıb.
Milli komandamız finalda Rusiya ilə qarşılaşacaq.