İKİ YOL-NƏQLİYYAT HADİSƏSİNDƏ ÜÇ NƏFƏR HƏLAK OLMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 3-də saat 6.50 radələrində Xırdalan şəhərinin ərazisində Zaur Quliyevin idarə etdiyi “VAZ-2109” markalı və Elşən Qədirovun sürdüyü “ZİL-MMZ” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə birinci nəqliyyat vasitəsində olan sərnişin Zahidə Quliyeva hadisə yerində ölmüş, xəsarət almış Z.Quliyev isə xəstəxanaya yerləşdirilmişdir.
Səbail rayonunun Badamdar qəsəbəsinin ərazisində Ramin Aslanovun idarə etdiyi “VAZ-21015” markalı və Mahir Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlar toqquşmuşdur. Hadisə zamanı iki sərnişin - Aytac İsmayılova və Tural Qurbanov həlak olmuşlar.
Hər iki faktla bağlı cinayət işi açılmışdır, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]