Azərbaycan Dövlət İnformasiya Agentliyi

İkiillik hazırlıq, ilk dəfə səhnəyə çıxan Leyli, qəzəl oxuyanda ağlayan Məcnun - MÜSAHİBƏ

İkiillik hazırlıq, ilk dəfə səhnəyə çıxan Leyli, qəzəl oxuyanda ağlayan Məcnun -  MÜSAHİBƏ
Dövran ki, məni məzadə saldı,
Bilməm kim idi satan, kim aldı,
Olsaydı mənim bir ixtiyarım,
Olmaz idi səndən özgə yarim.
 
Bakı, 30 oktyabr, Gülay Nəzərova, AZƏRTAC

Bu günlərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşanın premyerası oldu. Hər zaman Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında izlənilən dillərə dastan olan bu sevgi hekayəsini tamaşaçılar ilk dəfə fərqli məkanda seyr etdi. Burada dəyişən sadəcə məkan deyildi. Bu tamaşa fərqli təqdimatı ilə təkcə Musiqili Teatrın tarixində deyil, Azərbaycan teatr tarixində də bir ilkə imza atdı.

Leyli və Məcnun rollarında çıxış edən VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova və respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli tamaşanın premyerası barədə təəssüratlarını AZƏRTAC-la bölüşüblər.

- İlk sualım həm İlahə xanıma, həm də Orxan bəyədir. Məlum olduğu kimi, “Leyli və Məcnun” operası artıq 115 ilə yaxındır ki, Azərbaycan səhnəsini bəzəyir. Sizə belə bir tarixi olan operada əsas rolu canlandırmaq çətin gəlmədi ki?

- İlahə Rüstəmova: İlk dəfə Leyli obrazını canlandırmaq təklifi gəldikdə təbii ki, çox sevindim. Düşünürəm ki, bu obrazı canlandırmaq hər bir xanəndə xanımın arzusudur. Eyni zamanda, tamaşa zamanı çox həyəcanlı idim. Çünki bu, çox məsuliyyətli bir işdir. Mən Azərbaycan Dövlət Akademik Musiqili Teatrına gələndə tamaşanın burada qoyulacağını bilmirdim, çünki əvvəllər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında izləmişdim. Düşünürdüm ki, yəqin bu tamaşa da əvvəlki tamaşalara bənzəyəcək. Lakin mizanlarda bu qədər çox dəyişiklik olduğunu bilmirdim. Xüsusilə qeyd edim ki, mən aktrisa kimi səhnəyə ilk dəfə çıxırdım. Təbii ki, ilk dəfə üçün çətin idi. Rejissor Samir Qulamov bizimlə çox işlədi. Aylarla məşq etdik və sonda əziyyətimizin bəhrəsini gördük.

- Orxan Hüseynli: Bizim üçün maraqlı, həyəcanlı və qürurverici olmaqla yanaşı, həm də çox çətin oldu. Biz bu yoldan xanəndə olaraq keçdik. Axı biz aktyor deyilik. Bu səbəbdən də səhnədə hərəkətləri, mizanları onlar qədər edə bilmərik. Amma özümüzə xas formada təqdim etdik. “Leyli və Məcnun” tamaşasını öz müəllimimiz Mənsum İbrahimovun, xanəndələrin və sənətkarlarımızın ifasında dəfələrlə dinləmişik. Elxan Mansurovun bizim üzərimizdə çox böyük əməyi oldu, muğamların bütün yeni oxunuş qaydalarını ustalıqla bizə öyrətdi və biz də bacardığımız qədər bu tamaşanı insanlara çatdırmağa çalışdıq.

- Bu rollar üzərində işləyərkən hansı korifeylərin çıxışlarına baxmısınız? Onların yaratdıqları obrazlardan nələri əxz etmisiniz?

- İlahə Rüstəmova: Demək olar ki, Leyli və Məcnun” operasına Opera və Balet Teatrında dəfələrlə baxmışam. Müəllimlərim Xalq artistləri Gülyaz Məmmədova və Gülyanaq Məmmədovanın yaratdıqları Leyli obrazı da yaddaşıma əbədi həkk olub. Amma Musiqili Teatrdakı tamaşa tamam fərqli idi. Sadəcə muğamlar eynilə qalırdı. Çünki muğamı dəyişdirmək olmaz. Muğam elə bir xəzinədir ki, o, toxunulmazdır. Dəyişikliklər daha çox obrazlar və mizanlarda oldu. Eyni zamanda, dekorasiyada, geyimlərdə də bu dəyişiklik özünü göstərirdi.

Bizə də bu obrazlar yaşımıza görə təklif olundu. Onlar istəyirdilər ki, bu obrazlarda gənclər olsun. O dövrdə iki gəncin yaşadığı duyğuları, indi iki gənc səhnədə canlandırsın. Biz də bu təklifi sevinərək qəbul etdik.

- Orxan Hüseynli: Məcnun obrazını yaratmış görkəmli sənətkarlarımızı böyük həvəslə dinləmişəm. Sözsüz ki, onlardan əxz etdiklərimiz bizə böyük həvəs verdi ki, biz bu yaşda səhnəyə çıxıb belə bir əsəri təqdim edə bildik. Bunun necə alındığını tamaşaçı deyə bilər.

- Azərbaycan tamaşaçısı bu operaya həmişə Akademik Opera və Balet Teatrında tamaşa edib. Maraqlıdır burada məkan dəyişib, yoxsa ...

- Orxan Hüseynli: Akademik Musiqili Teatrında xanəndə olaraq çalışan sadəcə İlahə xanımla mənəm. Sözsüz ki, burada tanınmış aktyorlarımız, sənətkarlarımız var. Sadəcə ilk dəfə burada muğam şəklində tamaşa qoyulduğu üçün 115 il sonra bu, insanlara yenilik kimi gəldi. Doğurdan da fərqli bir səhnə əsəri oldu.

Mən qəzəlləri ifa edərkən ağlayırdım. Çünki söylədiyim qəzəllərin necə hüznlü, qəlbə toxunan olduğunun fərqində idim. Bu səbəbdən də istər istəməz gözlərimdən yaş süzülürdü.

- İlahə Rüstəmova: “Leyli və Məcnun”un premyerasından sonra tamaşaçıların necə təsirləndiyinin şahidi olduq. Hər kəs deyirdi ki, bu dəfə çox fərqli oldu. Bu əsəri o qədər dərindən hiss edirdik ki, sanki 115 il əvvəlki dövrdə idik və həmin vəziyyəti yaşayan bizik. Hiss etdiyimiz o dərin duyğuların təsiri ilə biz səhnədə ağlayırdıq. Mən göz yaşlarımı saxlaya bilmirdim.

Digər bir məqam isə bizim səhnədə peşəkarlarla birlikdə bu tamaşanı ərsəyə gətirməyimiz idi. Biz elə oynamalı idik ki, onlardan geri qalmayaq.

- Bəs belə bir təklif alacağınızı heç düşünürdünüzmü?

- İlahə Rüstəmova: Həmişə Leyli obrazını oynamaq arzum olub, amma bunun həyata keçəcəyi heç vaxt ağlıma gəlməyib. Əslində, nə vaxtsa düşünmüşdüm ki, bəlkə Opera və Balet Teatrında oynayaram. Amma Musiqili Teatrdan təklif gələndə mən çox təəccübləndim. Gözləmirdim ki, bu teatrda “Leyli və Məcnun” operasını səhnələşdirərlər. Bu, mənim üçün çox sevindirici oldu.

- Orxan Hüseynli: Tədbirlərdə bizim ifalarımız çox olub. Amma bütöv şəkildə həm ifa, həm aktyorluq ilk dəfə idi. Bu təklif bizə gələndə dedim ki, bunu necə edəcəyik? Çünki bu, çox məsuliyyətli bir işdir. Düşünürəm ki, öhdəsindən gələ bildik və yaxşı alındı.

- Sizə bu təklif nə vaxt gəlmişdi, neçə aydır buna hazırlaşırsınız?

- İlahə Rüstəmova: İki ildir ki, biz bu tamaşaya hazırlaşırıq. Pandemiya zamanı hazırlıqlar gedirdi, amma teatrlar bağlandı. Sonra tamaşanın olmayacağını düşündük. Pandemiya bitəndən sonra tədricən həyat öz axarına qayıtdı və teatrların fəaliyyəti bərpa olundu. İşlər yenidən başladı. Başqa xanəndələr də Leyli və Məcnun obrazları üçün gəlib gedirdilər. Təxmini iki ildən sonra mənə zəng gəldi. Dedilər ki, “Leyli və Məcnun” operası ilə bağlı teatrda olmaq lazımdır. Gələndə gördüm ki, Orxan da buradadır.

- Tamaşada ən təsirli səhnə sizin üçün hansı idi?

- Orxan Hüseynli: Tamaşada şam səhnəsi var, səhnənin yuxarısından şamlar yavaş-yavaş aşağı süzülürdü. Səhnədə isə qırmızı geyimdə qızlar dayanmışdılar, hərəsi bir şamı canlandırırdı. Buraya qədər hər şey yaxşı görünürdü. Çünki o səhnəyə qədər Leyli və Məcnun sevincli idi ki, onlar bir-birini sevir, yəni, bir-birinin hər anına xoşbəxt olur. Şam səhnəsindən sonra artıq atası Leylini başqasına verir. Leyli və Məcnun həqiqəti bilərək bu dözülməz acını ifalarla bir-birinə çatdırır. Leyli şamların arasında hərəkət edərək insanlara kədərini danışır. Məcnun isə dəli olur... O anlar insana elə hisslər yaşadır ki, istər-istəməz qovuşa bilməyən iki gəncin ağrısına şərik olursan.

- İlahə Rüstəmova: Şam pərdəsi də gözəldir. Amma mənim ən çox ağladığım səhnə ölüm pərdəsidir. Leyli sanki Məcnunun eşqindən bir gül kimi solur. Onu səhnədə göstərmək lazımdır ki, həqiqətən Leyli burada solur, dediyi ən son söz isə “ölürəm” olur. Bunu canlandırmaq çox çətin məsələdir.

- Dərin fəlsəfi məna kəsb edən klassik əsərin yeni rejissor yozumunda yeniliklər nədən ibarətdir?

Orxan Hüseynli: Yeniliklər çoxdur. Bunlardan biri ilk dəfə Akademik Musiqili Teatrda “Leyli və Məcnun” operasında Məhəmməd Füzulinin obrazının səhnədə canlandırılması idi. Füzuli obrazının özü bir fərqlilikdir, çünki heç bir tamaşada Füzuli rol almayıb. Hətta digər məqam Füzulinin qarşılıqlı olaraq Məcnunla üz-üzə şeirlər söyləməsidir. Füzuli orda həm öz rolunu, həm Məcnunun atası, həm də dostu rolunu oynayır. Bu rolları hər bir hərəkəti ilə çox bariz bəlli edir ki, harada atadır, harada dostdur, harada Füzulidir.

Ən maraqlısı isə odur ki, səhnədə tamaşa zamanı Məhəmməd Füzuli bir kənarda əyləşir, sanki o əsəri yazdıqca tamaşa səhnədə canlanır. Məsələn, Füzuli görürdü ki, Məcnuna təzyiq olur, tez həmin hissəni kitabda silib başqa səhnə yazırdı. Hətta orada Məcnunu öldürməyə çalışırdılar, Füzuli müdaxilə etdi, o yeri sildi və yenidən yazdı. Amma gedişat elə idi ki, Leyli və Məcnun eşqinin verdiyi o dərin duyğular, Leylinin başqasıyla evləndirilməsi bir qara bulud kimi iki gəncin üzərinə kölgə saldı. İkisi də eşqin verdiyi o acı ilə birləşə bilmədən bu dünyaya gözlərini əbədi yumdular.

- İlahə Rüstəmova: Fərqliliklərdən biri də balet obrazlarının Leyli və Məcnunun ruhunu canlandırması idi. Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırırdı. Leylinin ruhu obrazının ifaçısı isə teatrın balet artisti İranə Kərimova idi. Məcnunun hiddətli, dəli olduğu səhnələrdə onun ruhu çox cəld hərəkətlərlə rəqs edərək sanki Məcnunun içindəki basdırdığı acını mizanlarla üzə çıxarır. Ölüm pərdəsində isə Leyli ölür və arxadan Leylinin ruhunu canlandıran balet artisti yavaşca qalxaraq, sanki Leylinin ruhunun bir quş kimi necə süzülərək uzaqlaşdığını əks etdirir. Həmçinin tamaşa boyunca ruhlar bir çox səhnədə zərif hərəkətlərlə Leyli və Məcnunun yaşadıqları duyğuları rəqslə tamaşaçıya çatdırırdılar.

Sonda isə bu dünyada birləşə bilməyən Leyli və Məcnun öldükdən sonra ruhları birləşir, əl-ələ tutaraq səhnədən ayrılırlar.

Qeyd edək ki, tamaşanın növbəti nümayişi noyabrın 18-də olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib