Azərbaycan Dövlət İnformasiya Agentliyi

İkiqat dünya çempionu Mika Hakkinen: Bakı trası maraqlıdır

İkiqat dünya çempionu Mika Hakkinen: Bakı trası maraqlıdır

Bakı, 17 aprel, AZƏRTAC

İkiqat dünya çempionu Mika Hakkinen ənənəvi şərh sütununda Formula 1 Çin Qran-Prisinin yekunlarını dəyərləndirib və komandasının Bakıda perspektivlərindən bəhs edib.

AZƏRTAC F1News.ru saytına istinadla xəbər verir ki, Mika Hakkinen ötən bazar günü Lyuis Hemiltonun qazandığı 75-ci qələbənin “Mercedes” komandasının güclü tərəflərini göstərdiyini və onun 2014-cü ildən bəri üstünlüyünün qanunauyğun olduğunu söyləyib. Onun sözlərinə görə, əla bolid, yüksək səviyyədə komanda işi, mübarizə əzmi və Lyuis Hemiltonla Valtteri Bottasın arasında rəqabət bu gücü daha da artırıb. Bundan başqa, sonuncu qələbə göstərib ki, “Ferrari” komandasının hələ çoxlu problemləri var. Komanda maşını təkmilləşdirməli, təsnifatda uğurla çıxış etməli, effektiv strategiya hazırlamalı və pilotlar arasında hər hansı münaqişəyə yol verməməlidir.

Hakkinen qeyd edib ki, şənbə günü poul qazanan Valtteri Bottas Lyuis Hemiltonla rəqabətdə əldə etdiyi mükəmməl sürət və psixoloji formanı nümayiş etdirib. O əlavə edib: “Əla çıxış idi, o öz işini mükəmməl yerinə yetirdi. Belə ki, “Mercedes” birinci yerlərin hamısını qazandı, “Ferrari” və “Red Bull” üçün bazar gününə çoxlu iş buraxdı.

“Mercedes”i ötmək heç kimə nəsib olmayıb. Hemilton yaxşı start götürdü, çünki cüt tərəfdə işlənmiş rezin qatı vardı. Adətən, şəbəkədə ikinci yer yaxşı start mövqeyi sayılmır, çünki o, trayektoriyadadır və orada toz çoxdur. Lakin bu dəfə orada əvvəlki yürüşlərdən, o cümlədən Hemiltonun özünün məşq startlarından qalmış çoxlu işlənmiş rezin yığılmışdı və pilot bu vəziyyətdən maksimum istifadə edə bildi. Bundan sonra Hemilton və Bottas yürüşün gedişində nəzarəti ələ aldılar və “Mercedes” üçün 90-cı qələbəni qazandılar. Bu nailiyyət onların hibrid mühərrikləri epoxasında üstün olduqlarını göstərir. İkinci pit-stopda komanda iki maşına birdən xidmət edirdi, Hemilton və Bottas bir-birinin ardınca qaraja girdilər və mexaniklər çox gözəl işlədilər. Bütün bunlar xoş təəssürat yaradır və komandada birgə fəaliyyətin əla örnəyidir”.

Mika Hakkinen daha sonra qeyd edib: “Şarl Lekler özünün “Ferrari”dəki tərəf müqabili Sebastyan Fetteldən yaxşı çıxış edib və irəlidə gedərək Bottasla mübarizə aparmalı idi. Lakin komandası ondan sürəti azaltmağı və Fetteli irəli buraxmağı xahiş edib. Düşünürəm ki, bu səhv addım idi. Sizin “Mercedes” kimi güclü rəqibiniz olduğunda, oyun oynamağın mənası yoxdur. “Ferrari” öz diqqətini cəmləyərək başqalarını ötüb keçmək barədə düşünməlidir. “Mercedes”lə mübarizə apardığınız zaman kimin - Fettelin və ya Leklerin qalib gələcəyi mühüm deyil. Mənə elə gəlir ki, Şarl təbii olaraq ruhdan düşdü, axı bu strategiya səbəbindən o, Maks Ferstappenin “Red Bull Racing”inə uduzaraq yürüşü beşinci yerdə başa vurdu. Fettel və Leklerin hər uik-end vaxtı “Mercedes”in ən yaxşı rəqibləri olmaq imkanları var. Lakin onların komandası öz pilotlarını dəstəkləməli və çeviklik nümayiş etdirməlidir. Onlar komanda taktikasını yaddan çıxarmalı və yalnız qələbə haqqında düşünməlidirlər”.

İkiqat dünya çempionu əlavə edib ki, “Red Bull Racing” də yürüşdə səhvə yol verib və pilotlar təsnifatda final cəhdi edə bilməyiblər. Bu, sistemin və proseslərin ideal olmasının əhəmiyyətini göstərir. Pilot və onun mühəndisi dəqiq bilməlidirlər ki, qarajdan çıxış dairəsində hər sektora nə qədər vaxt lazımdır. Hər hansı əsas məqam pozularsa, demək kimsə nəyisə düzgün hesablamayıb. Artıq üç Qran-Pri arxada qalıb və “Ferrari”nin ən güclü motoru və yaxşı bolidi olmasına rəğmən “Mercedes” üstünlüyü əlində saxlayır. Ona başqa komandaların buraxdığı səhvlər də kömək edir və ümidvar olmaq lazımdır ki, növbəti yürüşlərdə “Ferrari” və “Red Bull Racing” ona layiqli müqavimət göstərə biləcək.

Hakkinen vurğulayıb: “Valtteri Bottas ötənilki Azərbaycan Qran-Prisinin qalibi olmalı idi. Lakin şinin deşilməsi onu finişə üç dairə qalmış qələbədən məhrum etdi. Növbəti həftə o, yürüşdə qələbə qazanmaq, şəxsi hesabda liderliyini qaytarmaq və Hemiltonla mübarizəni davam etdirmək üçün Bakıya yollanacaq. Bakı trası maraqlıdır: aşağı qoşulma, dar sahələr və ötüb keçməyin mümkün olduğu çox uzun düz yol.

Ötən il “Red Bull Racing” komandası tərəf müqabilləri Maks Ferstappen və Daniel Rikkardonun mənasız toqquşmasından zərər gördü. Sonra Rikkardo “Renault” komandasına keçdi. Maksın da rəqabətqabiliyyətli olacağını düşünürəm. Lakin qələbə uğrunda “Mercedes”in əsas rəqibi məhz “Ferrari” olacaq.

Şarl Lekler Formula 1 gününün qəhrəmanıdır. O, Bəhreyndə mexaniki səbəblərdən qələbəni əldən verdiyi üçün üzülüb. Bundan sonra Çində komanda taktikası ilə də qarşılaşıb. Lakin indi müqavimət göstərəcək. Keçən il o, “Sauber” üçün altıncı yeri qazanıb, 2017-ci ildə isə GP2-də poul əldə edib və şənbə yürüşünün qalibi olub.

Beləliklə, ötənilki yürüşün qalibləri olmuş Fettel və Hemilton yenidən qələbə uğrunda mübarizə aparacaqlar, onların tərəf müqabilləri Lekler və Bottas isə bizim üçün maraqlı yürüş göstərəcəklər. Uzun düz yolda ötmə əməliyyatlarını həyata keçirmək üçün çoxlu yaxşı imkanlar olacaq”.

2019-cu il mövsümünün növbəti Qran-Prisi aprelin 26-28-də Azərbaycanda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər