İlahiyyat İnstitutu Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım edib
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə kömək məqsədilə yardım kampaniyasına qoşulub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitut əməkdaşlarının topladığı yardımlar Bakı şəhəri, Tbilisi prospektində Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunmuş məntəqəyə çatdırılıb.
Aİİ rəhbərliyi başda olmaqla bir qrup əməkdaş “Ziraat Bank”da təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) bank hesabına pul vəsaiti köçürüb.
İnstitutun kollektivi qardaş Türkiyədə baş verən zəlzələ zamanı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:53]
BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib
- 10.06.2026 [15:50]
Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub
- 10.06.2026 [15:43]
Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir
- 10.06.2026 [14:15]
Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub
- 10.06.2026 [13:22]