İlahiyyat İnstitutunda onlayn tədrisin keyfiyyətinin yüksəldilməsi məsələsi müzakirə olunub
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Microsoft Teams” proqramı üzərindən onlayn iclas keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, iclasda Dinşünaslıq kafedrasında onlayn tədrisin və kafedra əməkdaşlarının elmi tədqiqat işlərinin vəziyyəti, dərslik və dərs vəsaitlərinin hazırlanma prosesi müzakirə olunub.
İclas zamanı kafedra müəllimləri onlayn tədrisin keyfiyyətinin artırılması istiqamətində təcrübələrini bölüşüb, tədrisin səmərəliliyinə təsir edən müxtəlif amilləri qeyd ediblər. Müzakirələr zamanı mövcud vəziyyətdə tələbələrin tədris prosesində maksimum fəallığının təmin edilməsi üçün müxtəlif təkliflər səsləndirilib.
Xatırladaq ki, ali təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra tələbələrin təhsil prosesindən geri qalmaması üçün onlayn dərslərin təşkili həyata keçirilir. İnstitutda distant təhsilin təkmilləşdirilməsi ilə bağlı intensiv tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]