Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident

Bakı, 20 dekabr, AZƏRTAC

Azərbaycanın və onun xalqının taleyinə görə məsuliyyət İlham Əliyevin üzərinə gənc yaşlarında düşmüşdü. Prezident seçiləndə onun 42 yaşı vardı. Müasir dünya tarixinə nəzər yetirsək, bu yaşda dövlət başçısına nadir hallarda rast gələrik. Şəkkaklar vardı: bacaracaqmı? Bacardı. Zamanın çağırışı və xalqın seçimi ilə ona həvalə olunan bu missiyanın öhdəsindən heyrətamiz dərəcədə uğurla gəldi.

İlham Əliyevin həyatı uğur səhifələridir. Moskvada təhsil illəri, çətin neft danışıqları, hər ayı, hər ili tarixə yazılan 16 illik prezidentlik dövrü...

Bunu bir xarizma, fitri liderlik istedadı da hesab etmək olar. Üstəlik o, Heydər Əliyev məktəbi keçib, siyasi-mənəvi baxışları bu məktəbdə formalaşıb. İdarəetməni dahi siyasi xadim, müasir müstəqil dövlətimizin banisi, xalqımızın ulu öndəri Heydər Əliyevdən əxz edib. Siyasətdə varislik prinsipi Prezident İlham Əliyevin bir çox çıxışlarında qırmızı xətt kimi keçir. Onu dünya liderlərindən fərqləndirən ən üstün cəhət xalqla daim təmasda, ünsiyyətdə olmasıdır. Müsahibələrindən birində deyir: “Bu canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir”.

Adı tariximizə islahatçı lider, inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu kimi düşmüş Prezidentimizin həyat yolunun bəzi səhifələrini birlikdə vərəqləyək.

MDBMİ-nin ən gənc məzunu və müəllimi

Valideynləri onu məktəbə 6 yaşı tamam olmamış göndərmişdilər. Orta məktəbi bitirəndə isə 16 yaşı tamam olmamışdı. Bu yaşda pasport verilmədiyindən İlham Əliyev Moskvaya, ali məktəbə qəbul olunmağa arayışla getmişdi. İmtahanları uğurla verərək elə ilk cəhddə nüfuzlu ali məktəblərdən sayılan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) ən gənc tələbəsi adını qazandı. İlk müstəqil həyat və ünsiyyət təcrübəsinə burada yiyələndi. İnstitutu bitirəndən sonra SSRİ-nin xarici ölkələrindən birindəki səfirliyinə təyinat alsa da, MDBMİ-də qalmağa üstünlük verdi. Aspiranturaya daxil oldu, dissertasiya müdafiə etdi və 23 yaşında alma-materdə müəllim işləməyə başladı. 

Ümumiyyətlə, İlham Əliyevin həyatının 15 ili MDBMİ ilə bağlı olub. Həmin dövrü unudulmaz illər adlandıran İlham Əliyev Rusiya telekanallarına müsahibəsində belə deyib: “Tələbəlik illəri hər bir insan üçün xüsusi illərdir. Bu, yetkinləşmək, müstəqil həyata qədəm qoymaq illəridir. Həmin illər mənə bilik, ünsiyyət təcrübəsi verib. Bu, ilk müstəqil həyat təcrübəsi idi”.

Prezident İlham Əliyevin sözügedən müsahibəsi mənə Ulu Öndərimizin öz siyasi varisi barədə 16 il əvvəl dediyi sözləri xatırlatdı: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsdir”.

İlham Əliyevin sonrakı siyasi fəaliyyətində, kamil dövlət xadimi kimi formalaşmasında MDBMİ-də yiyələndiyi bilik və təcrübə, oradakı ab-hava mühüm rol oynayıb. Bu nüfuzlu institut da, öz növbəsində, məzunları arasında ilk Prezident olan İlham Əliyevlə qürur duyur. Bununla bağlı araşdırma apararkən MDBMİ-nin sabiq rektoru Nikolay Lebedevin İlham Əliyevə müraciətlə dediyi bu sözlərə rast gəldim: “Mən Sizə həmişə beş vermişəm. Siz bu qiymətə çiçəklənən dövlətin rəhbəri kimi də layiqsiniz”.

Məncə, İlham Əliyevin tələbəlik illərini və Prezidentlik fəaliyyətini ikicə cümlə ilə bu qədər dəqiq səciyyələndirən digər lakonik ifadə tapmaq çətindir.

Çətin neft danışıqları və opponentləri inandırmaq məharəti

Azərbaycan müstəqilliyin ilk illərində ağır iqtisadi böhran yaşayırdı. Heydər Əliyevdən əvvəl iqtidarda olanlar ona ağır miras qoymuşdular. Dövlət xəzinəsi boş idi. Belə vəziyyətdə heç bir iş görmək mümkün deyildi və ümid yalnız dənizin dibindəki neftə qalırdı.

Ulu Öndər çox böyük uzaqgörənliklə xarici şirkətləri Xəzər neftinin çıxarılmasına cəlb etməyə çalışırdı. Lakin o vaxt Azərbaycan riskli ölkə sayılırdı. Ulu Öndərin Vətəni və xalqı qarşısında tarixi xidmətlərindən biri də əcnəbi investorları Azərbaycana sərmayə yatırmağın hədər getməyəcəyinə inandırması oldu.

Danışıqlar isə çətin gedirdi. Tərəflərdən hər biri öz marağından çıxış edirdi. 1994-cü ilin martında Bakıda başlayan danışıqlar sonralar İstanbulda və Hyustonda davam etdirildi. Qarşı tərəf çox ağır şərtlər qoyurdu. Hətta belə bir şərt irəli sürülmüşdü ki, Azərbaycan Rusiya ilə razılaşıb Xəzərin hüquqi statusunu həll etməsə, danışıqlar dayandırılacaq. Status məsələsinin həlli isə bir-iki ilin işi deyildi. Bu barədə məlumat alan Ulu Öndər o vaxt Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində işləyən İlham Əliyevi Vaşinqtona göndərdi. O, okeanın o tayında çox faydalı görüşlər keçirib məsələni yoluna qoydu.

Uzun illərin müşahidələri göstərir ki, İlham Əliyev şəxsi xidmətlərini qabartmağı xoşlamır. Neft danışıqlarında iştirakı barədə də nadir hallarda danışır. Bu yaxınlarda “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə keçirilən mərasimdəki çıxışında yalnız onu dedi ki, Amerikanın Hyuston şəhərində bir aydan çox davam edən danışıqlar həlledici rol oynadı: “Dövlət Neft Şirkətinin rəhbərliyi - bizim dostumuz rəhmətlik Natiq Əliyev, Xoşbəxt Yusifzadə, Valeh Ələsgərov, mən və digər əməkdaşlar çalışırdıq investorları inandıraq ki, Azərbaycana sərmayə qoymaq olar, sərmayə qoymaq lazımdır və Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək. Belə də oldu. “Əsrin kontraktı”nın icrasına qoyulmuş sərmayə artıqlaması ilə qaytarıldı. Xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər. Azərbaycan dövləti yüz milyard dollardan çox gəlir əldə etdi”.

Danışıqların iştirakçısı olmuş Xoşbəxt Yusifzadə xatırlayır: “Nəzərə almaq lazımdır ki, o vaxt müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış və sonra da həmin institutda dərs demiş İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapmaq və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi”.

Beləliklə, “Əsrin müqaviləsi” adını almış həmin neft kontraktı Azərbaycanı inkişaf yoluna çıxardı və neft sənayesinin, bütövlükdə ölkənin sonrakı taleyində həlledici rol oynadı. Kontrakt çərçivəsində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan indiyədək 500 milyon ton neft çıxarılması, iki il əvvəl kontraktın müddətinin 2050-ci ilədək uzadılması 1994-cü ildə nə qədər düzgün qərar qəbul edildiyini bir daha təsdiqləyir.

Zamanın çağırışı və xalqın müdrik seçimi

On altı il əvvəl Azərbaycan zamanın yeni çağırışı ilə üz-üzə qalarkən xalqımız növbəti dəfə müdrik seçim edərək, gələcək taleyini Ulu Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etdi. Sözsüz ki, bu seçim Heydər Əliyev kursunun uğuru ilə yanaşı, onun varisinə inam və etimaddan qaynaqlanırdı.

İlham Əliyevin Prezidentlik dövrünü necə səciyyələndirmək olar? Bir cümlə ilə desək, bu illər ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb: istər iqtisadi-sosial və siyasi baxımdan, istərsə də idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların dinamizmi baxımından.

Digər baxış bucağından yanaşsaq, bu illər ərzində Azərbaycanın modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu görəcəyik. Ölkə həyatının bütün sahələri yenilənərək tanınmaz dərəcədə dəyişib. Bu yeniləşmə xalqın rifah halının davamlı olaraq yüksəlməsi, mövcud problemlərin böyük qisminin həlli ilə müşayiət olunub, dövləti və xalqı vahid platformada birləşdirib.

Gözlərimiz qarşısında baş verən misilsiz inkişaf yalnız zəngin təbii sərvətlər - neft, qaz, bərəkətli torpaqlar hesabınamı mümkün olub? Yox, nefti və qazı Azərbaycandan qat-qat çox olan ölkələr var ki, səfalət içərisində yaşayır, münaqişələr girdabında boğulur.

Söhbət, ilk növbədə, liderin həlledici rolundan gedir. Praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, yüksək idarəçilik və humanistlik - bütün bunlar Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Azərbaycanın inkişafı, milli maraqlarımızın yüksək səviyyədə qorunması və təmin edilməsi dövlətimizin başçısının bu və digər ali keyfiyyətləri sayəsində mümkün olub. O, Azərbaycanı zamanın çağırışlarına məharətlə uyğunlaşdıra bilib.

Prezident İlham Əliyev öz əsas vəzifəsini xalqına xidmətdə görür və hər bir məmurdan da bunu tələb edir. Yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları dayanır. Elə buna görə də xalq öz liderinə bütün zamanlarda böyük dəstək göstərib və göstərir. Bunu son bir ildə keçirilən rəy sorğuları əyani şəkildə təsdiqləyir.

Etimad əmsalı və daim yüksələn reytinq

Dünya praktikasına nəzər salsaq, prezident seçkilərindən sonra liderlərin reytinqinin adətən aşağı düşdüyünü görərik. Bu, onunla izah olunur ki, dövlət başçıları seçkiqabağı vədlərinin heç də hamısını yerinə yetirə bilmir, yaxud cəmiyyətin mənafeyi və maraqları ilə toqquşan addımlar atırlar. Onların fəaliyyətinin bəyənilmə əmsalı ən yaxşı halda 50-60 faizdən yuxarı qalxmır.

Prezident İlham Əliyevin reytinqi isə sabit və kifayət qədər yüksəkdir. Fransanın “Opinion Way” sosioloji tədqiqat institutunun Azərbaycanda son prezident seçkilərindən bir il sonra keçirdiyi rəy sorğusunun (2019-cu ilin apreli) nəticələri əhalinin 85 faizindən çoxunun İlham Əliyevin rəhbərliyi ilə görülən işləri dəstəklədiyini göstərdi. Prezidentin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair suala respondentlərin 75,6 faizi müsbət cavab verdi. İnstitutun rəhbəri Brüno Jaubar etiraf edir ki, sorğu azərbaycanlıların öz siyasi rəhbərliyindən çox razı olduğunu birmənalı şəkildə təsdiqlədi.

Azərbaycan Prezidentinin fəaliyyəti ilə bağlı daha bir rəy sorğusu bu yaxınlarda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılıb. Sorğu zamanı, ümumilikdə, 1316 respondentdən İlham Əliyevin oktyabr ayındakı fəaliyyətini qiymətləndirmək xahiş olunub. Onların 77,5 faizi ölkə Prezidentinə inam və etimadın daha da artdığını, 18,1 faizi həmişəki inam və etibarın qorunub saxlanıldığını bildirib: üst-üstə 95,6 faiz.

Digər suallara verilən cavablar da maraq doğurur. Məsələn, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezidentin son bir ildə apardığı islahatları respondentlərin 90,5 faizi, bölgələrin inkişafı üzrə görülən işləri isə 93,1 faizi müsbət qiymətləndirib.

Ölkəmizdə mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını respondentlərin 80 faizindən çoxu Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Bu yüksək qiymətin səbəbi adi gözlə görünə biləcək qədər aydındır: regionda və dünyada bir çox mənfi proseslər yaşanmasına baxmayaraq, Azərbaycan öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, ardıcıl tədbirlər görülüb.

Ekspertlər Prezident İlham Əliyevin müsbət imicini şərtləndirən amillər sırasında 2018-ci ilin aprelindən 2019-cu ilin aprelinədək olan dövrdə həyata keçirilən struktur və kadr islahatlarını, dövlət idarəetməsinin səmərəsinin artırılması və şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması istiqamətində atılan ciddi addımları xüsusi qeyd edirlər.

Vədlə işin vəhdəti

Bir qədər əvvəl qeyd etdiyimiz kimi, dövlət başçılarının reytinqinə birbaşa təsir edən ən mühüm amil seçkiqabağı vədlərə nə dərəcədə əməl olunmasıdır.

“Opinion Way” sosioloji tədqiqat institutunun bununla bağlı sualını rəyi soruşulanların 75,6 faizi müsbət cavablandırıb. Bu qiymət təbii ki, sözlə əməlin vəhdətindən qaynaqlanır, Prezident İlham Əliyevin indiyədək verdiyi heç bir vəd söz olaraq qalmayıb. Xatırlayırsınızsa, neft gəlirlərinin kəskin şəkildə azaldığı, dünyanın qlobal maliyyə böhranı ilə üzləşdiyi vaxtlarda belə, Azərbaycanda sosial proqramların hamısı icra edilib. İlham Əliyev başladığı hər bir işi uğurla başa çatdırmağa nail olub. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli energetika və nəqliyyat layihələrini, ölkəmizin azsaylı kosmik dövlətlər sırasına daxil olmasını da bura əlavə etsək, mənzərə daha da aydınlaşar.

Əhali ilə birbaşa təmasda olan Prezident cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirərək qaldırılan məsələlərin həlli ilə bağlı operativ tədbirlər görüb. Çoxlarının yadında olar, İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçilərkən 600 mindən çox iş yeri yaradılacağını bildirmişdi. O vaxt bəziləri buna fantastika kimi baxırdı. Prezident bu vədini də yerinə yetirdi. Bu gün ölkəmizdə işsizlik 45 faizdən 5 faizə, yoxsulluq 50 faizdən 5 faizə enib.

2000-ci ilin əvvəllərində bölgələrin elektrik enerjisi, qaz və su təchizatı, yol infrastrukturu, məktəblərin, xəstəxanaların vəziyyəti qənaətbəxş deyildi. Prezident əhalini narahat edən bu məsələlərin tezliklə yoluna qoyulacağını dedi. Çox gözləmək lazım gəlmədi. Hazırda ölkə ərazisinin 95 faizi qazlaşdırılıb. On altı ildə 16 min kilometrə yaxın yol çəkilib. Üç mindən çox məktəb tikilib, 600-dən çox tibb müəssisəsi yenidən inşa olunub və ya təmir edilib. Bu müddətdə 30-dan çox elektrik stansiyası istifadəyə verilib və Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib.

İlham Əliyev Prezident seçildiyi ilk gündən ulu öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyinə söz vermişdi. Demişdi ki, hər bir vətəndaşın Prezidenti olacaq. Bu və digər vədlərin hər biri əməli işlərlə tamamlanıb.

Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil və azad olmayıb. Bu güclü, sözün hər bir mənasında, müstəqil, gündən-günə modernləşən Azərbaycan İlham Əliyevin əsəridir.

Skeptiklərə cavab: iş və nəticə

Adətən yeni ideya, yaxud təşəbbüs irəli sürüləndə buna şübhə ilə baxanlar çox olur, xüsusən belə bir ideya ilə Azərbaycan kimi yeni formalaşan kiçik bir ölkə çıxış etdikdə. Vaxtilə Heydər Əliyevin Bakı-Tbilisi-Ceyhan neft kəməri ideyasının necə qarşılandığını yadınıza salın. Skeptiklər Azərbaycandan Aralıq dənizinə boru kəməri çəkilməsini xəyal adlandırırdılar. Ona hətta üç dəniz əfsanəsi adı verilmişdi.

Yaxud Prezident İlham Əliyevin ideyası olan Cənub Qaz Dəhlizi layihəsini götürək. TANAP boru kəmərinin çəkilməsi təşəbbüsünə də eyni skeptik yanaşma müşahidə olunurdu. Fikir vermişdinizsə, bunun baş tutmayacağı ilə bağlı çox söz-söhbət gedir, məqalələr yazılırdı.

Həmin məqam Çin televiziyası müxbirinin də diqqətindən yayınmamışdı. Çinli müxbirin bu barədə sualını cavablandıran Prezident İlham Əliyev dedi ki, Bakı ilə Aralıq dənizindəki Ceyhan arasında uzunluğu təxminən 2 min kilometr olan boru kəməri çəkilməsi ilə Azərbaycan skeptik düşüncəni darmadağın etdi. Həmin layihə başlayanda Azərbaycan indi olduğu qədər güclü deyildi, xarici maliyyə dəstəyindən çox asılı idi. Buna baxmayaraq, layihə uğurla başa çatdırıldı.

Cənub Qaz Dəhlizinə gəlincə, o, daha böyük layihədir: 7 ölkəni əhatə edən, dəyəri 40 milyard dollar olan bu layihədə 10-a yaxın beynəlxalq bank, çoxsaylı şirkətlər iştirak edir. “Bu layihəni biz başlatmışıq. Resursların həcmi, kəmərin necə tikiləcəyi, texniki çətinliklər, maliyyə mürəkkəbliyi və digər məsələlərlə bağlı çox skeptik fikirlər var idi. Biz isə dedik: biz bunu başlamışıqsa, bunu edəcəyik. İndi demək olar ki, həmin layihə tamamlanmaq üzrədir. Buna görə, biz skeptik yanaşmaya sözlərlə deyil, atdığımız addımlarla, gördüyümüz işlərlə cavab verməliyik”, - deyə Azərbaycan Prezidenti müsahibəsində vurğulayırdı.

Təbii ki, bu gün skeptiklərin səsi eşidilmir. Xüsusən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışı Azərbaycanın gücünü və qərarlılığını bir daha nümayiş etdirdi.

Ümumiyyətlə, Azərbaycanın başlatdığı və ya qoşulduğu bütün layihələr onun tərəfindən tamamlanıb. İki il əvvəl Bakıda Türkiyə və Azərbaycanı, Mərkəzi Asiya və Çini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı oldu. Avropa və Cənub-Şərqi Asiya arasında sürətli və sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi daşıyan digər mühüm layihənin - Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsi demək olar yekunlaşıb.

Skeptik və qərəzli yanaşma Azərbaycanın ev sahibliyi etdiyi mühüm beynəlxalq tədbirlər ərəfəsində də özünü göstərirdi. Belələrinə cavab yenə iş və uğurlu nəticə ilə verildi. Siyahı yetərincə zəngin və çoxspektrlidir: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalararası Alyansının Qlobal Forumu, Dünya Dini Liderlərinin Sammiti, həmçinin birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Forumula 1 yarışları...

Mövzunu yekunlaşdırarkən onu da qeyd etməyi lazım bilirəm ki, bir müddət əvvəl Bakıda yüksək səviyyədə təşkil olunan Qoşulmama Hərəkatının Zirvə Görüşü dünyada güclü əks-səda doğurdu, skeptiklərə də, bədxahlarımıza da növbəti tutarlı cavab oldu.

Yerində və vaxtında deyilən söz

Son 16 ildə biz möhtərəm Prezidentimizin bir çox beynəlxalq tribunalarda cəsarətli, dərin məntiqə söykənən çıxışlarının şahidi olmuşuq. İlham Əliyev ikili standartları çəkinmədən tənqid edir, milli maraqları qətiyyətlə qoruyur. Liderin qətiyyətinin, iradəsinin nəticəsidir ki, ən ağır vəziyyətlərdə belə Azərbaycan heç kimin qarşısında baş əymir, sözünü cəsarətlə və açıq deyir.

Yerində və vaxtında deyilən söz, əlbəttə, daha kəsərli, daha təsirli olur. Çox da uzağa getmədən son vaxtlar baş vermiş iki hadisəni xatırlamaq kifayət edər. Ermənistanın baş naziri Paşinyan Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı sərsəm fikirlər səsləndirmişdi. Azərbaycan Prezidenti ona cavab verməyə tələsmədi, bunun üçün münasib məqam gözlədi.

Nəhayət, belə bir məqam yetişdi. İlham Əliyev sözünü Rusiyada, “Valday” Diskussiya Klubunun tribunasından dedi: “Qarabağ Azərbaycandır və nida işarəsi”. Mötəbər tribunada, canlı efirdə deyilən bu sözü bütün dünya eşitdi. Hamıya bir daha agah oldu ki, Qarabağ Azərbaycanındır. Azərbaycanın lideri münaqişə ilə bağlı haqlı mövqeyindən bir addım da geri çəkilən deyil.

Ermənistan rəhbərliyinin əsl mahiyyətini açıb göstərən, ifşa edən növbəti bəyanat bir neçə gün sonra Aşqabadda, MDB dövlət başçılarının zirvə görüşündə səsləndi. Azərbaycan Prezidenti diqqəti Ermənistanda nasist Qaregin Nijdeyə ucaldılmış abidəyə yönəltdi. Dedi ki, MDB məkanında faşistlərə abidələr ucaldılması yolverilməzdir və Yerevandakı abidə sökülməlidir. İlham Əliyevin səsləndirdiyi bu fikir ətrafında hələ də müzakirələr gedir, Ermənistan rəhbərliyinin mövqeyi pislənir.

Dünyada artmaqda olan islamofobiyanı kəskin tənqid edən İlham Əliyev müsəlman və İslam həmrəyliyinə inadlı çağırışları ilə də yadda qalıb. Bununla bağlı son çıxışlarının birində səsləndirdiyi fikir hamımızın ürəyindən xəbər verdi: “Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar?”

İnqilabi islahatlar və brend layihə olan “ASAN xidmət”

Bu gün dünya İlham Əliyevi islahatçı Prezident kimi tanıyır və qəbul edir. Dünya Bankının “Doing Business-2020” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə ölkəmiz 10-cu, rəhbərliyin islahatlara meyillilik səviyyəsinə görə isə 5-ci yerdədir.

Azərbaycan vətəndaşları ölkə rəhbərliyinin şüurlu seçimi olan islahatların bilavasitə şahididir, onun müsbət nəticələrini gündəlik həyatda hiss edirlər. Son bir ildə isə islahatlar daha dərin, inqilabi xarakter alıb. Dövlətimizin başçısı bunun anonsunu 2018-ci ilin aprelində, prezident seçkiləri ərəfəsində vermişdi: “Gələcəkdə əsas məsələ yenə də idarəetmənin təkmilləşdirilməsi, fəaliyyətimizin səmərəsinin artırılması, sahibkarlar və iqtisadiyyatın şaxələndirilməsi üçün daha yaxşı şərait yaradılması olacaq”.

Bakı Dövlət Universitetinin 100 illik yubileyində çıxışı zamanı da islahatların önəmini vurğulayan Prezident İlham Əliyev bu sahədə daha böyük addımlar atılacağını bildirdi. Çox keçmədən dövlət idarəçiliyi sistemində növbəti köklü islahat və kadr dəyişiklikləri aparıldı. Ardınca V çağırış Milli Məclis buraxıldı və parlamentə yeni seçkilər təyin olundu.

Hər bir islahatın inkişafa və xalqın rifahına xidmət etdiyi göz qabağındadır. Bir fakta diqqət yetirmək kifayət edər: son iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox əlavə gəlir daxil olub. Həmin vəsait sosial sahəyə, əhalinin rifahına yönəldilib. Reallaşdırılan böyük sosial paket 4,2 milyon nəfərdən çox insanın büdcəsinə müsbət təsir edib. Minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz artırılıb. Tələbələrin təqaüdlərində, məcburi köçkünlərə verilən sosial yardımlarda da əhəmiyyətli artımlar olub.

Daha bir məqam diqqət çəkir: həyatın bütün sahələrini əhatə edən, dünyada maraqla qarşılanan islahatların təşəbbüskarı Prezidentin özüdür. İlham Əliyevin mühüm təşəbbüslərindən olan “ASAN xidmət” Azərbaycanın intellektual brendi kimi dünyaya səs salıb. Əhalinin gündəlik təmasda olduğu xidmət sektorunda korrupsiyaya, rüşvətxorluğa, bürokratiyaya, süründürməçiliyə sipər çəkən “ASAN xidmət” sıradan bir layihə deyil, mahiyyət etibarilə bütün ölkədə vətəndaş məmnunluğu doğuran, ictimai şüurda inqilabi dəyişikliklər yaradan köklü islahatdır. Son rəy sorğularına əsasən, vətəndaşların xidmətdən məmnunluğu 99,4 faiz təşkil edir. Şəbəkəsi getdikcə genişlənən “ASAN xidmət” mərkəzlərinə indiyədək 34 milyondan çox müraciət olub. Həm məmnunluq əmsalı, həm də müraciətlərin sayı layihənin çox böyük səmərəsindən xəbər verir.

Ailə ocağı və uğura yol

Prezident İlham Əliyev müsahibələrinin birində asudə vaxtını ailəsi ilə keçirdiyini, həyat üçün enerjini məhz ailəsində aldığını deyib. Bu da öz sözüdür: “Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdıram”.

İlham Əliyev və Mehriban xanım uzun illərdir həyat yollarında birgə addımlayırlar. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayan, yüksək intellektə malik, prinsipial və xeyirxah insan olan birinci xanım Mehriban Əliyeva xalqın böyük məhəbbətini, rəğbətini qazanıb. Onun 15 ildir ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz mühüm proqramları, bənzərsiz layihələri ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir. Bu illər ərzində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində üç mindən çox məktəb binası əsaslı təmir olunub və ya yenidən tikilib. Fondun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə alıb. Fond, həmçinin maddi-mənəvi irsimizin qorunmasında əvəzolunmaz rol oynayır. Odur ki, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması gördüyü işlərin məntiqi nəticəsi kimi rəğbətlə qarşılandı.

Mehriban xanım Prezidentin ən yaxın silahdaşıdır. Birinci xanım kimi üzərinə düşən missiyanın məsuliyyətini dərindən dərk edərək ölkə üçün taleyüklü məsələlərin həllində dövlətimizin başçısına çox böyük dəstək verir. Hesab edir ki, dövlət qurumlarında çalışan hər kəs gündəlik fəaliyyətində “insanpərvərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq” kimi mənəvi dəyərləri uca tutmalıdır və yalnız bu halda ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.

Zənnimcə, İlham Əliyevin uğur yolu başlanğıcını məhz ideal ailə ocağından götürüb. O, zəmanəmizin dahi siyasi xadimlərindən biri olan Heydər Əliyevin və görkəmli alimimiz Zərifə Əliyevanın əlindən su içib, onların tərbiyəsini görüb. Sonradan tale ona Mehriban xanım kimi əsil-nəcabətli, həssas qəlbli, mənən zəngin ömür-gün yoldaşı nəsib edib. Prezidentin və birinci xanımın ictimai-siyasi baxışları üst-üstə düşür, bir-birini tamamlayır və bu, Azərbaycanın uğurlarını şərtləndirən amillərdən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın bu ilin noyabrında Moskvaya etdiyi uğurlu səfər, RF Prezidenti Vladimir Putin və Baş Nazir Dmitri Medvedevlə apardığı danışıqlar onun beynəlxalq imicinin göstəricisi kimi diqqət çəkir.

Ulu Öndərimiz təcrübəsini zamanında addım-addım öz varisinə ötürüb, ona müxtəlif vəziyyətlərdə necə davranmaq lazım gəldiyini öyrədib. Bunun nəticəsidir ki, Azərbaycanın XXI əsrdə yeni lideri olan İlham Əliyev öz dövrünü, zamanı qabaqlayan, möhkəm xarakterə malik kamil şəxsiyyət kimi yetişib və bu, Prezidentimizin istər daxili, istərsə də xarici siyasətdə atdığı hər bir addımda özünü göstərir. O, narahat bir regionda yerləşən Azərbaycanı təhlükəsizlik adasına, müasir iqtisadiyyata malik ölkəyə, dünyada söz və nüfuz sahibinə çevirib. Xüsusən nəhəng transmilli layihə olan TANAP-ın reallaşması Prezident İlham Əliyevin şöhrətini daha da artırıb. Onun liderliyi ilə bağlı yalnız son bir ayda səsləndirilən fikirlərə diqqət yetirək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: TANAP-ın reallaşmasında qardaşım İlham Əliyevin liderliyini unutmaq əsla mümkün deyil.

Gürcüstan Prezidenti Salome Zurabişvili: TANAP layihəsinin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir. O, zəmanəmizin ən uğurlu liderlərindən biridir.

İordaniya Kralı II Abdullah: Beynəlxalq arenada Siz çox vacib rol oynayırsınız. Sizə regionda və dünyada oynadığınız rolunuza görə təşəkkürümü bildirirəm. Mən Sizin liderliyinizə, ölkəmizə münasibətdə xeyirxahlığınıza və dəstəyinizə hər zaman arxalanıram.

Dünya liderlərinin dilindən bu sözləri eşitmək çox xoşdur. Xalqımız və hər bir qədirbilən azərbaycanlı zəmanəmizin ən uğurlu liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidenti ilə qürur duyur. Çünki 16 il əvvəl başlayan uğur yolu Azərbaycanı zirvədən-zirvəyə aparmaqdadır...

 

Aslan Aslanov
AZƏRTAC-ın İdarə Heyətinin sədri,
OANA-nın vitse-prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir