İlin ilk üç ayında Qəbələdə 294 yeni iş yeri açılıb
Qəbələ, 15 may, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin birinci rübündə Qəbələ rayonunda 294 yeni, daimi iş yeri açılıb. İş yerlərinin 131-i mövcud müəssisə və təşkilatlarda, 163-ü isə fiziki şəxslərdə yaradılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu müddət ərzində emal sənayesində 23, kənd təsərrüfatı və balıqçılıq sahəsində 10, tikinti sektorunda isə 27 yeni iş yeri yaradılıb. Qalan iş yerləri ticarət, xidmət və digər sahələrin payına düşür.
Rayonda meyvəçiliyin inkişafı ilə əlaqədar yeni bağların salınması, həmçinin rayona dəmir yolu xəttinin çəkilişi layihəsinin icrası ilə bağlı görülən işlər yeni iş yerlərinin açılmasında, əhalinin işsizlik probleminin aradan qaldırılmasında mühüm rol oynayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:09]
Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO
- 10.10.2026 [17:03]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [16:46]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
- 10.10.2026 [13:44]