İLYAS ƏFƏNDİYEVİN “SEÇİLMİŞ PYESLƏR”İ TÜRKİYƏDƏ NƏŞR OLUNMUŞDUR
Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin əsərləri yalnız Azərbaycan deyil, digər dillərdə də mütəmadi nəşr edilir, tamaşaya qoyulur. Bu günlərdə ədibin “Seçilmiş pyeslər” kitabı Türkiyədə nəfis şəkildə çapdan çıxmışdır. 612 səhifəlik kitaba müəllifin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Odlu səhradan gəlmiş şeytan”, “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Hökmdar və qızı” kimi məşhur pyesləri daxil edilmişdir.
Əsərləri türkcəyə doktor Ərdal Qaraman və Şahin Durmaz çevirmişlər. Professor Məryəm Əlizadənin “İlyas Əfəndiyev fenomeni” adlı geniş ön sözündə yazıçının yaradıcılığı təhlil olunur, ümumtürk ədəbiyyatı baxımından qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Kosmik hava proqnozu açıqlanıb
- [14:42]
Bu saata olan əsas xəbərlər
- [12:00]
WUF13-ün ikinci günü – FOTOLAR
- [11:41]