Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişli rayonunda da yeni tikilmiş evlərin açılışı olmuşdur

İmişli rayonunda da yeni tikilmiş evlərin açılışı olmuşdur

İmişli, 1 noyabr (AZƏRTAC). Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması İmişli rayonunun bir sıra kəndlərində evləri uçurmuşdur. Zərər çəkmiş vətəndaşlar üçün qısa müddətdə təzə evlər tikilmişdir.

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni evlərin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə evlərdə yaradılmış şəraitlə tanış oldu.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verdi ki, Allahmədətli kəndində 104 ev inşa edilmişdir. Onlardan 28-i ikiotaqlı, 58-i üçotaqlı, 18-i isə dördotaqlıdır. Evlərdə hər bir ailənin normal yaşayışı üçün yaxşı şərait yaradılmışdır. Daşqın nəticəsində İmişlinin Allahmədətli, Telişli və Hacımustafalı kəndlərində yararsız hala düşmüş evlərin sahibləri yeni tikilmiş evlərdə yaşayacaqlar. Fövqəladə Hallar Nazirliyinin xətti ilə yaradılan yeni kənddə 104 ailə, ümumilikdə 629 nəfər məskunlaşacaqdır. Kəndin ümumi ərazisi 40 hektardır. Hər bir ailəyə 12 sot həyətyanı torpaq sahəsi ayrılmışdır. Kənddə yeni məktəb binası, mədəniyyət evi inşa olunmuş, modul tipli sutəmizləyici qurğu quraşdırılmış, abadlıq işləri aparılmışdır.

Evlərin elektrik enerjisi və su ilə təminatı da diqqətdə saxlanılmış, su hovuzları inşa olunmuş, hər bir evə ayrıca su xətti çəkilmiş, kənddaxili yollar abadlaşdırılmışdır. Gələcəkdə evlərin təbii qazla təminatı da həll olunacaqdır.

Prezident İlham ƏLİYEV sakinlərlə görüşdü, onları təbrik edərək dedi:

- Xoş gördük. Bu gözəl qəsəbənin salınması ilə əlaqədar sizi ürəkdən təbrik edirəm. Gözəl şərait vardır. Geniş, rahat, böyük, daş evlərdir. Gözəl park salınıb. Mən çox şadam ki, bütün işlər belə yüksək səviyyədə görülüb və burada yaşamaq üçün bütün şərait vardır. Hər halda əvvəlki şəraitdən qat-qat üstündür. Əvvəlki evlər çiy kərpicdən tikilmişdi, kiçik idi, şərait o qədər də yaxşı deyildi. Amma indiki dördotaqlı ev 137, üçotaqlı ev 75, ikiotaqlı ev isə 70 kvadratmetrdir. Tibb məntəqəsi, məktəb vardır. Mən çox şadam ki, qısa müddət ərzində belə gözəl qəsəbələr salınıbdır. Təkcə İmişli rayonunda deyil, təbii fəlakətdən əziyyət çəkmiş bütün bölgələrdə belə gözəl qəsəbələr salınır, evlər tikilir. 70 min hektar torpaq su altında qalmışdı. Böyük fəlakət idi, 3500 ev dağılmışdı, yaxud da ki, qəzalı vəziyyətə düşmüşdü, 70-dən yuxarı sosial obyekt uçmuşdur. İndi onların hamısı bərpa olunur. Artıq 1500 ev tikilibdir, 800 evin inşası davam edir. Əgər lazım olarsa, əlavə evlər də tikiləcəkdir.

Ümumiyyətlə, 27 məktəb binasında təmir işləri gedir. Bir çoxunda işlər artıq başa çatıbdır. Bax, bu gözəl məktəb artıq hazırdır. 15 məscid, 12 xəstəxana, tibb məntəqəsi, 6 uşaq bağçası təmir olunur. Yəni, bu, böyük bir layihədir. Biz bütün bu işləri qısa müddət ərzində görmüşük, cəmi 4-5 ay ərzində, bəlkə də ondan da az müddətdə. Evlərin də hamısı gözəl, yaraşıqlı, keyfiyyətli. Memarlıq və şəhərsalma qaydalarına uyğun qəsəbə salınıb, yollar, həyətyanı sahələr abadlaşdırılıbdır. Burada ancaq gözəl yaşamaq, işləmək, dincəlmək lazımdır. Təbrik edirəm bir daha, cansağlığı arzulayıram.

X X X

Kənd sakini Qələndar QARAYEV inşa edilən yeni evlərə görə Prezident İlham Əliyevə sakinlər adından minnətdarlığını bildirərək dedi:

- Bizim - bu camaatın hamısının ürəyi böyük sevinc hissi ilə döyünür. Çünki bu cür gözəl, firavan həyata başlayırıq. Bu firavan həyatı bizə Siz bəxş etdiniz. Ona görə mən Allahmədətli kəndinin camaatı adından Sizi salamlayıram və bu təzə evlərimizə “xoş gəlmisiniz” deyirəm.

Bu ilin yazı bir az yaxşı gəlmədi, sel, su hər tərəfi basdı. Bizi həyat sınağa çəkdi. Amma biz bu sınaqdan üzüağ çıxdıq. Ona görə ki, bizim arxamızda qüdrətli bir dövlət, xalqının qayğısına qalan, xalqını sevən gözəl bir Prezidentimiz vardır.

Cənab Prezident, Siz özünüz fəlakət bölgəsinə gəldiniz, adamları xilas etmək üçün bütün Azərbaycanı ayağa qaldırdınız. Onun nəticəsi idi ki, bir nəfərimizin belə burnu qanamadı. Buna görə ömrümüz boyu Sizə borcluyuq.

Cənab Prezident, bu cür gözəl, yaraşıqlı evlər, məktəb, mədəniyyət evi tikilib istifadəyə verilmişdir. Bu gün daşdan tikilmiş bu evləri bizə Siz bağışlayırsınız. Ona görə də Allah Sizin arxanızda dursun, necə ki, ən çətin anlarda Siz bizə arxa durdunuz.

Cənab Prezident, təbii fəlakətin təsirini azaltmaq üçün İmişli rayonunda Arazın bir qolunun açılması barədə göstəriş verdiniz. Çox adam fikirləşirdi ki, bunu etmək mümkün olmayacaqdır. Ancaq bu iş qısa bir müddətdə görüldü. Həmin vaxt Azərbaycanın hər yerindən köməyə gəlmişdilər, böyük sayda texnika, canlı qüvvə işləyirdi.

Qələndar QARAYEV dövlətimizin başçısının qayğı və diqqəti sayəsində qısa zamanda görülən nəhəng işləri möcüzə kimi dəyərləndirərək dedi:

- Çox qısa müddətdə tam bu möcüzə reallaşdı. Cənab Prezident, buna görə Sizə minnətdarıq.

Cənab Prezident, Sizin qayğınızı həmişə hiss etmişik. Bu ilin mart ayında Sizin Sərəncamınızla bizim rayon mərkəzi xəstəxanası tam bərpa edildi. Digər Sərəncamınızla fəlakət zonasında yerləşən kəndlərimizi rayon mərkəzi ilə birləşdirən avtomobil yolu təmir olunur. Bu yoldan 40 mindən çox əhali istifadə edəcəkdir. Bu yol Saatlı rayonu ilə İmişli rayonu arasında olan məsafəni iki dəfədən çox azaldacaqdır.

Cənab Prezident, biz qəzetləri oxuyur, televizora baxırıq, görürük ki, bütün rayonlarda, ucqar kəndlərdə xalqın qayğısına qalırsınız. Ona görə də mən bütün xalqımız adından Sizə öz minnətdarlığımı bildirirəm.

İmişli əhalisinin adından dövlətimizin başçısını əmin edən Qələndar Qarayev dedi:

-Rayonumuzun bütün sakinləri ölkənin ümumi inkişafı naminə həyata keçirilən tədbirlərdə bundan sonra da yaxından iştirak edəcəklər. Allah Sizə yar olsun. Cənab Prezident, Allah Sizi qorusun.

X X X

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bu, əslində nümunəvi bir qəsəbədir. Yəni, bəlkə də Azərbaycanın bölgələrində belə gözəl qəsəbəyə nadir hallarda rast gəlmək olar. Bizim, əlbəttə, tarixi, gözəl kəndlərimiz, yaşayış yerlərimiz kifayət qədər çoxdur. Amma bu qəsəbə müasir üslubda plan üzrə tikilib, bütün evlər gözəldir, rahatdır, genişdir, yaxşı şərait vardır. Bu, bir də onu göstərir ki, istənilən fəlakətin qarşısında Azərbaycan xalqı öz birliyini nümayiş etdirə bilər. O çətin anlar, günlər, aylar, fəlakət bizi sarsıda bilmədi. Yəni, fəlakətlə əlaqədar bütün xalq səfərbər olunmuşdu, lazımi səviyyədə yardımlar göstərilmişdi. Xilasedicilər, bütün qurumlar, yerli icra orqanları, vətəndaşlar gecə-gündüz çalışdılar ki, biz bu vəziyyətdən çıxa bilək və çıxdıq da. Bu gün, bir neçə ay keçəndən sonra artıq biz belə gözəl qəsəbələr görürük.

Bu onu göstərir ki, Azərbaycan güclü dövlətdir. Bu onu göstərir ki, Azərbaycanda xalq və iqtidar bir yerdədir. Bu onu göstərir ki, Azərbaycanda güclü sosial siyasət aparılır. Bir daha onu göstərir ki, geniş maliyyə və texniki imkanlarımız vardır. Bir neçə ay ərzində belə qəsəbələri salmaq asan məsələ deyildir. Təkcə İmişlidə deyil, selə, daşqına məruz qalmış bütün bölgələrdə bu işlər görülür və gələcəkdə də görüləcəkdir. Bununla bərabər, siz qeyd etdiyiniz kimi, başqa işlər də görülür. Deyirsiniz ki, tikiləcək o yeni yol 40 min əhaliyə xidmət göstərəcəkdir. Xəstəxana, sosial infrastruktur, məktəblər, mədəniyyət mərkəzləri - bütün bunlar Azərbaycanı gücləndirir, hər bir bölgədə yaşamaq üçün yaxşı şərait yaradır.

Mənim də məqsədim bundan ibarətdir ki, Azərbaycan vətəndaşı yaxşı yaşasın, maddi rifah içində yaşasın. İşsizlik, yoxsulluq olmasın. Sülh, əmin-amanlıq olsun. İnsanlar rahat, təhlükəsizlik şəraitində yaşasınlar.

Azərbaycanda son illər ərzində görülən işlər öz əksini bu qəsəbədə tapır. Sizi bir daha təbrik edirəm və cansağlığı arzulayıram.

Sakinlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirdilər.

Prezident İlham Əliyev Allahmədətli kəndinin baş planı ilə tanış oldu.

Məlumat verildi ki, İmişlidə daşqınlar zamanı 14 min 770 hektar ərazini su basmış, 528 ev qəzalı vəziyyətə düşmüş və ya dağılmışdı. İndi onların əvəzinə 500 yeni ev tikilmişdir. Digərlərinin inşası davam edir.

Diqqətə çatdırıldı ki, Zərdabda da 51 ailəlik qəsəbə salınmışdır. Qəsəbədə 34 ikiotaqlı, 16 üçotaqlı və 1 dördotaqlı ev inşa olunmuşdur. Evlərin hamısı lazımi infrastrukturla təmin edilmişdir. Zərdabda 1664 tikiliyə ziyan dəymiş, onlardan 1525-i ev, 1-i təhsil, 1-i məktəbəqədər uşaq müəssisəsi, 8-i məsciddir. Kürdəmirdə də daşqınlar 266 tikiliyə ziyan vurmuşdur.

Prezident İlham Əliyev yeni məktəb binası ilə tanış oldu. Məktəbin foyesindəki fotoguşədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı əksini tapmışdır. Məktəb lazımi avadanlıq və tədris vəsaitləri ilə təchiz edilmişdir. Kompyuter otağında 8 müasir kompyuter quraşdırılmışdır. Yaxın gələcəkdə onlar sürətli internet xəttinə qoşulacaqdır. Məktəbin kitabxanasında 1400 nüsxə ədəbiyyat vardır. Bu kitablar Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq məktəbin kitabxanasına dövlət tərəfindən hədiyyə edilmişdir. Şagirdlərin idmanla məşğul olmaları üçün meydança da inşa olunmuşdur.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO