İNDONEZİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SUSİLO BAMBANQ YUDHOYONOYA
Hörmətli cənab Prezident,
Bali adasında törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 oktyabr 2005-ci il.