İndoneziyada təbii fəlakət nəticəsində ölənlərin sayı 631-ə çatıb
Pekin, 2 dekabr, AZƏRTAC
İndoneziyanın 3 əyalətini əhatə edən Sumatra adasında musson yağışlarının səbəb olduğu daşqın, torpaq sürüşməsi və palçıq axını nəticəsində ölənlərin sayı 631-ə çatıb.
AZƏRTAC İndoneziya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin təbii fəlakətlərlə mübarizə qurumu məlumat yayıb. Təbii fəlakət nəticəsində 500-ə yaxın adam itkin düşüb, təxminən 1 milyon sakin təxliyə olunub. Hər 3 əyalətdə tikililərə, fərdi evlərə, yollara, infrastruktura, kommunikasiya xətlərinə böyük ziyan dəyib. Bəzi yaşayış məntəqələrinə gedən yollar keçilməz hala düşdüyü üçün hava nəqliyyatı ilə yardımlar göndərilir.
Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri aparılır. İndoneziya Prezidenti Prabovo Subianto bütün qüvvələrin, habelə polis və ordunun axtarış-xilasetmə və yardım işlərinə cəlb olunduğunu deyib.
Qeyd edək ki, noyabrın 25-dən bəri musson yağışları Cənubi və Cənub-Şərqi Asiyada böyük fəsadlara səbəb olub. Tailandda 176, Şri-Lankada 366 nəfər ölüb, itkin düşənlər var. Təbii fəlakətlər Cənub-Şərqi Asiyada ümumilikdə 4 milyon insanın həyatına təsir edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
- 21.09.2026 [11:35]
Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb
- 21.09.2026 [11:02]
Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq
- 21.09.2026 [11:01]
Almatı Şəhər Günü tədbirlərində 1 milyondan çox sakin və qonaq iştirak edib
- 21.09.2026 [10:51]
Avropada Qərbi Nil virusuna yoluxanların sayı 1482 nəfərə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib
- 20.09.2026 [20:21]
Bu saata olan əsas xəbərlər
- 20.09.2026 [20:00]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:44]
Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar
- 20.09.2026 [19:34]