İndoneziyada xilasedicilər qəzaya uğramış təyyarənin ikinci “qara qutu”sunun siqnallarını itiriblər
Tokio, 17 yanvar, AZƏRTAC
İndoneziyada xilasedicilər Yava dənizində qəzaya uğramış “Boeing-737-500” sərnişin təyyarəsinin ikinci “qara qutu”sunun siqnallarını itiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 17-də İndoneziya Axtarış-Xilasetmə Milli Agentliyinin rəhbəri Bambanq Surio Aci məlumat verib.
“Bu gün biz əlimizdə olan avadanlıq vasitəsilə səsyazan qurğunun siqnallarını tuta bilmirik”, - deyə B.S.Aci bildirib. Qeyd edib ki, xilasedicilər bu ərəfədə qurğunun hissələrini aşkar etsələr də, orada əsas yaddaş elementi aşkar edilməyib. B.S.Aci əlavə edib ki, hazırda bütün əsas işlər xüsusi sualtı robotlar vasitəsilə aparılır.
Xəbər verdiyimiz kimi, mütəxəssislər dənizin dibindən çıxarılan və uçuşun parametrlərini özündə əks etdirən digər özüyazan qurğunun tərkibindəki məlumatları götürməyə müvəffəq olublar.
Xatırladaq ki, İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus “Boeing 737-500” təyyarəsi yanvarın 9-da Cakarta yaxınlığında Yava dənizinə düşüb. Onun göyərtəsində 56 sərnişin və 6 heyət üzvü olub. Rəsmi mənbələrin bildirdiyinə görə, təyyarənin göyərtəsində yalnız İndoneziya vətəndaşları olub.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]