İndoneziyanın Şərqi Yava əyalətində yerləşən ən hündür vulkan püskürüb
Tokio, 17 yanvar, AZƏRTAC
İndoneziyanın Şərqi Yava əyalətində Semeru dağında yerləşən vulkan yerli vaxtla saat 17:44 dəqiqədə püskürüb.
AZƏRTAC İndoneziya Təbii Fəlakətlərlə Mübarizə Milli Agentliyinə istinadla xəbər verir ki, hündürlüyü 3676 metr olan dağ ikinci dərəcəli təhlükə zonası elan edilib. İndoneziya Vulkanologiya Xidməti hazırda püskürmənin səviyyəsini qiymətləndirir.
Yaxınlıqdakı Desa Sumber Mucur və Desa Kura Koboan rayonlarının sakinlərinə ehtiyatlı olmaq və dağa yaxınlaşmamaq tapşırılıb.
İndoneziya Vulkanologiya Xidmətinin məlumatına görə, hazırda ölkədə 70-dən çox fəal vulkan var və onlardan yeddisi son iki ildə püskürüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]