İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri beynəlxalq konfransın proqram komitəsinə üzv seçilib
Bakı, 5 may, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Siqnalların emalı və süni intellekt sahəsində nailiyyətlər” mövzusunda III beynəlxalq konfransın (3rd International Conference on Advances in Signal Processing and Artificial Intelligence - ASPAI-2021) proqram komitəsinin üzvü seçilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, noyabrın 17-19-da Portuqaliyanın Porto şəhərində keçiriləcək konfransın gündəliyinə süni intellekt alqoritmləri, intellektual sistem arxitekturaları, hibrid intellektual və ekspert sistemlər, sensor sistemləri, maşın təlimi, süni neyron şəbəkələri, qeyri-səlis məntiq, biometriya, nitqin tanınması və s. mövzular daxildir.
ASPAI-2021-in keçirilməsində əsas məqsəd süni intellekt və siqnal emalı texnologiyaları sahəsində tanınan aparıcı beynəlxalq tədqiqatçıları, alim və mütəxəssisləri bir araya gətirmək, müvafiq mövzularda bilik və təcrübələri paylaşmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]