İngiltərə məktəblərində mobil telefonlar qadağan ediləcək
Bakı, 3 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın təhsil naziri Cillian Kiqan İngiltərə məktəblərində mobil telefonların qadağan olunmasını tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya Təhsil Nazirliyinin dərc etdiyi kommünikeyə əsasən, bu tədbir destruktiv davranışla mübarizəyə kömək göstərəcək və məktəblilərin diqqətini təhsilə cəlb edəcək.
Mobil telefonlardan istifadənin bütün dərs günü ərzində, o cümlədən tənəffüslərdə də qadağan edilməsi təklif olunur. Əgər məktəblər bu tövsiyəyə əməl etməsələr, hökumət qadağanın məcbur edilməsi barədə qanunverici aktı müzakirəyə çıxaracaq.
Böyük Britaniya hökumətinin məlumatına görə, İngiltərədə məktəblilərin 29 faizi dərslərdə mobil telefonlardan istifadə edir.
Qeyd edək ki, smartfonların məktəblərdə istifadəsinin təhlükəsi barədə BMT-nin xəbərdarlığından sonra Fransa, İtaliya və Portuqaliyada analoji qadağalar qüvvəyə minib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]