“İnklüzivliyə aparan təhsil” mövzusunda layihə müsabiqəsi elan edilib
Bakı, 28 fevral, AZƏRTAC
Bakı Slavyan Universiteti (BSU) UNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində tələbələr arasında “İnklüzivliyə aparan təhsil” mövzusunda layihə müsabiqəsinə start verir.
BSU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrin şüurunda inklüziv təhsilin yerini təsbit etmək, onların yaradıcı təfəkkürünü təhsil və inkişafla əlaqələndirmək, inklüziv düşüncə tərzini inkişaf etdirmək, inklüziv dərsin planlaşdırılması, səmərəli keçirilməsi və adekvat qiymətləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqlara tələbələrin diqqətini artırmaq və inklüziya üzrə gələcəyin müəllimlərini hazırlamaqdan ibarətdir.
Layihədə bakalavr və magistrantlar iştirak edə bilərlər.
Müsabiqənin şərtləri ilə bağlı ətraflı məlumatı universitetin rəsmi saytından (https://bsu-uni.edu.az/az/announce/316) əldə etmək mümkündür.
“İnklüzivliyə aparan təhsil” mövzusunda layihə müsabiqəsinə müraciətlər martın 13-dək qəbul olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]