İnşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Gəncə, 17 yanvar, AZƏRTAC
Gəncə məktəbliləri arasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş inşa müsabiqəsi keçirilib.
Gəncə Şəhər Təhsil İdarəsinin metodiki mərkəzinin direktoru Zöhrab Hacıyev AZƏRTAC-a bildirib ki, 20 gün davam edən müsabiqənin final mərhələsində 20 şagird iştirak edib.
Yekunda 27 nömrəli məktəbin şagirdi Almaz Qəhrəmanova birinci, 25 nömrəli məktəbdən Nərgiz Mirzəyeva ikinci, 4 nömrəli məktəbin təmsilçisi Səriyyə Seyidova üçüncü yerləri tutublar.
Qaliblərə təhsil idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]