İnsan alverinin qurbanı olan uşaqların müdafiəsi mövzusunda təlimat kitabçaları hazırlanacaq
Bakı, 24 iyul, AZƏRTAC
İnsan alverinin qurbanı olan (zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan) uşaqlar və ya potensial qurbanlar müəyyən ediləcək. Onların müdafiəsi mövzularında mütəmadi olaraq təlimlər keçiriləcək, təlimat kitabçaları hazırlanacaq.
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının Tədbirlər Planında öz əksini tapıb.
Tədbirlər Planına əsasən, bu istiqamətdə Təhsil, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını da cəlb etməklə birgə fəaliyyət göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]