İnsan hüquqlarının rəqəmsal mühitdə qorunması üçün yeni metodlar işlənilib
Bakı, 17 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal mühitdə insan hüquqlarının müdafiəsinə yönəlmiş kibertəhlükələrlə mübarizə məqsədilə süni intellektəsaslı texnologiyaların hazırlanması istiqamətində tədqiqatlar aparılır. Bu araşdırmalar çərçivəsində bir sıra elmi nəticələr əldə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev məlumat verib.
Akademik bildirib ki, aparılan tədqiqatlar uşaqların internet mühitində təhlükəsizliyinin təmin olunması, informasiyanın əlçatanlığına qarşı yönəlmiş kiberhücumların, eləcə də insanların biometrik məlumatlarının saxtalaşdırılması hallarının qarşısının alınması, ayrı-ayrı şəxslərin şərəf və ləyaqətinə qarşı yönəlmiş dezinformasiyaların aşkarlanması üçün intellektual metodların işlənilməsini və digər istiqamətləri əhatə edir.
Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən bütün tədqiqatların əsas məqsədi rəqəmsal mühitdə insan hüquqlarının etibarlı şəkildə təmin edilməsinə xidmət edən elmi yanaşmaların və innovativ həllərin hazırlanmasıdır.