Azərbaycan Dövlət İnformasiya Agentliyi

İNSANLAR ONU XEYİRXAH, HUMANİST VƏ NƏCİB İŞLƏRİNƏ GÖRƏ SEVİRLƏR

Bakı, 26 avqust (AZƏRTAC). Bir-birindən vacib və əhəmiyyətli layihələri həyata keçirərək siyasətçi, diplomat, ictimai xadim yolunu seçən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi altında reallaşan humanitar aksiyaların sayı-hesabı yoxdur. Qaçqın ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliyindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair möhtəşəm proqram, Azərbaycanın əsasən kənd yerlərində yeni məktəb binalarının, səhiyyə müəssisələrinin tikilməsi, Mehriban xanımın özünün şəxsən iştirak etdiyi müxtəlif xeyriyyəçilik aksiyalarının keçirilməsi artıq çoxdandır ki, ənənə halı almışdır. Ölkəmizdə və onun hüdudlarından kənarda insanlar onu məhz xeyirxah, humanist və nəcib işlərinə görə sevirlər.

Deyirlər insan həyatda vətənini, yaşadığı zamanı və mənsub olduğu ailəni seçə bilməz. Bütün bunlar Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın alın yazısı olsa da həyat yolunu və fəaliyyət dairəsini o, özü müəyyənləşdirmişdir, xeyirxahlıq yolunu seçmişdir.

Mehriban Əliyeva ölkəmizin ictimai-siyasi həyatında daim dövlətimizin başçısını müşayiət edərək ona dəstək olmuşdur. Azərbaycanın birinci xanımı Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinə ictimai dəstəyin artırılmasına ciddi töhfələr verir. Mehriban Əliyeva yaxın və uzaq xaricdə birinci ledilərlə şəxsi münasibətlər və dostluq əlaqələri yaratmaqla nümunə göstərir. Azərbaycanın birinci ledisi öz yüksək statusundan və təşkilatçılıq imkanlarından istifadə edərək ehtiyacı olanların problemlərinin həllinə çalışır.

Azərbaycanın birinci xanımının seçdiyi xeyirxahlıq yolu isə belə başlayıb: Azərbaycan üçün ağır bir dövrdə, respublikamızın “Qarabağ bəlaları”ndan yenicə özünə gəldiyi bir vaxtda Mehriban Əliyeva Azərbaycan mənəviyyatının xilas edilməsi və dirçəldilməsi kimi bir işə qol qoymuşdur. 1995-ci ildə Mehriban xanım Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmışdır. Bu illər ərzində fondun himayəsi altında müxtəlif müsabiqələrdən, bədii sərgilərdən tutmuş xeyriyyə konsertlərinə və musiqi festivallarına qədər çoxsaylı layihələr həyata keçirilmişdir. Müxtəlif dövrlərdə icra olunmuş bütün bu layihələri birləşdirən əsas məram isə Azərbaycan xalqının mənəvi irsinin yüksək səviyyəsini qoruyub saxlamaqdır. Azərbaycanın birinci xanımının dövlətimiz və xalqımız qarşısında ən böyük xidməti 2004-cü ildə Heydər Əliyev Fondunun təsis edilməsi ilə bağlıdır. Fondun yaradılması ilə xeyriyyəçilik amalı Mehriban Əliyevanın fəaliyyətinin prioritetinə çevrilmişdir. Başqa sözlə desək o, öz qüvvəsini və fondun əməkdaşlarının səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə yönəltmişdir. Fondun gördüyü işlər dünya ictimaiyyəti tərəfindən də layiqincə dəyərləndirilmişdir. 2007-ci il mayın 17-də Cenevrədə Dünya Səhiyyə Təşkilatının ali orqanı olan Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında Azərbaycanda səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında və onların müasir avadanlıqla təchiz edilməsində Mehriban Əliyevanın gördüyü işlər xüsusi vurğulanmışdır və Azərbaycanın birinci xanımına İhsan Doğramacı Ali Sağlamlıq Fondunun mükafatı təqdim edilmişdir.

Heydər Əliyev Fondu digər ölkələrin problemlərinə də biganə qalmır. Pakistanın Müzəffərabad şəhərində zəlzələ zamanı dağılan məktəb Heydər Əliyev Fondu tərəfindən yenidən tikilib. Bu məktəb zəlzələdən sonra ölkədə inşa olunan 5 min məktəb arasında ən yaxşısı və ən nümunəvisidir. Heydər Əliyev Fondu getdikcə öz fəaliyyət dairəsini genişləndirir. Fondun nümayəndəliklərindən biri Rusiyada fəaliyyət göstərir. Ölkəmizin tanıdılması ilə bağlı layihələrə həmişə böyük diqqətlə yanaşan Mehriban xanım Əliyeva Azərbaycan və onun paytaxtını, ölkəmizin zəngin və qədim mədəniyyətini, ənənələrini və müasir nailiyyətlərini tərənnüm edən “Baku” jurnalının Moskvada keçirilən təqdimat mərasimində şəxsən iştirak etmişdir. Azərbaycanın birinci xanımının fəaliyyəti son dövrlər çoxlu nüfuzlu beynəlxalq mükafatlarla və fəxri adlarla qeyd edilmişdir. 2007-ci ilin mayında Mehriban xanımın bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə Moskvada “Qızıl ürək” mükafatı ilə təltif olunması onun təmənnasız əməyinə verilən layiqli qiymətlərdən biridir. Daha bir mükafatla Mehriban Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə təltif olunmuşdur. Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Heydər Əliyev Mükafatı”nı təqdim etmişdir.

Azərbaycan ictimaiyyətinin dərin rəğbətini qazanan, köməyə, yardıma ehtiyacı olanların hər zaman yanında olan Heydər Əliyev Fondu ulu öndərin amallarını rəhbər tutaraq ölkəmizin həyatı ilə bağlı mühüm layihələrə imza atmışdır. Ulu öndərin adını daşıyan fond ümummilli liderin arzu və istəklərinin, onun ideallarının həmişəyaşarlığını əks etdirən əsas mərkəzdir. Bununla belə, Heydər Əliyev Fondunu xalqımıza daha çox sevdirən onun fəlsəfəsidir. Bu fəlsəfənin əsasında çox sadə bir ideya və amal durur: İnsanlara yaxşılıq etmək.

Uşaq evlərində tərbiyə alan gənclərin mənzillə təmin olunması kimi daim cəmiyyətimizi narahat edən mühüm problemin həllinə də məhz Mehriban Əliyevanın xeyirxahlıq missiyası sayəsində nail olunmuşdur. Paytaxtdan başlayan və ilk növbədə qayğıya daha çox ehtiyacı olan, valideyn himayəsindən məhrum qız uşaqlarının mənzillə təmin olunmasını nəzərdə tutan layihənin icrası ölkəmizdə Mehriban Əliyevanın bu nəcib missiyanın nə qədər ali və müqəddəs olduğunu təsdiq etmişdir.

Uşaqlara qayğı və diqqət, gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Uşaqlarımızın xoşbəxt gələcəyi üçün əlindən gələni əsirgəməyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində müxtəlif orta məktəblərin təhsildə fərqlənən şagirdləri, uşaq evləri və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailəsindən olan, valideyn himayəsindən məhrum uşaqlar üçün şənlik təşkil edilir.

Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmasıdır. Təhsil sahəsində fondun ən böyük və irimiqyaslı işi - “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə istiqamətlənmişdir. Bu proqram paytaxtla yanaşı, regionlarda da icra olunur. Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi proqramlar sırasında “Təhsilə dəstək” layihəsi də birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə, məktəblərin əyani vəsaitlə, şagirdlərin dərs ləvazimatı ilə təmin olunmasına yönəlmişdir. Fond hər yeni tədris ilində silsilə aksiyalar keçirməklə bu sahədə bir sıra problemlərin aradan qaldırılmasına əhəmiyyətli töhfə verir.

Heç şübhəsiz ki, Mehriban xanımın ən böyük mükafatı Milli Məclisin deputatı və ictimai xadim kimi xalqın məhəbbətini qazanmasıdır. Milli Məclisin deputatı qismində o, az vaxt ərzində millət vəkili seçildiyi paytaxtın Əzizbəyov rayonunu verdiyi vədlərə uyğun olaraq nümunəvi məkana çevirmişdir. Mehriban Əliyeva xalqın elçisi adına layiq olduğunu əməlləri ilə bir daha sübut etmişdir. Mehriban xanımın genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə Milli Məclisə müraciət etməsi onun deputat kimi fəaliyyətində yaddaqalan məqamlardan biridir.

Azərbaycanın birinci ledisi 2004-cü ildə şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsinə görə YUNESKO-nun, çoxşaxəli və genişmiqyaslı fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilin və səhiyyənin inkişafı sahəsində gördüyü işlərə görə isə 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Xoşməramlı səfir Mehriban Əliyeva YUNESKO-nun tribunasından Azərbaycanın haqq səsini mütəmadi olaraq dünyaya çatdırır. Azərbaycan mədəniyyətini dünyaya daha yaxından tanıtmaq üçün isə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Parisdə YUNESKO-nun qərargahında ölkəmizin gənc istedadlarının “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı təqdim edilmiş və azərbaycanlı uşaqların rəsmlərindən ibarət sərgi açılmışdır. YUNESKO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva Azərbaycan dilinin və ədəbiyyatının təbliğində də mühüm rol oynayır. Fransanın ən məşhur ali məktəblərindən olan Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Azərbaycan dili fakültəsinin fəaliyyətə başlaması, Azərbaycan ədiblərinin, elm xadimlərinin, ziyalılarımızın YUNESKO-da yubileylərinin təşkil olunması Mehriban Əliyevanın Azərbaycan elminin, ədəbi dəyərlərinin inkişafı və təbliği yolunda gördüyü misilsiz xidmətlər sırasındadır.

Azərbaycan xalqının mədəni irsinin keşiyində duran Mehriban Əliyevanın fəaliyyəti sahəsində incəsənətimizin bir çox sahələri, xüsusilə də muğamlarımız Azərbaycan sərhədlərini aşaraq dünya miqyasında sevilmişdir. Mehriban Əliyevanın səyi ilə muğam YUNESKO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Mehriban Əliyevanın təşəbbüsü ilə görkəmli muğam ustalarının “dəyirmi masa”ları keçirildi. Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alındı. Heydər Əliyev Fondunun muğam sənətinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən biri “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomunun tərtib edilməsi oldu. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının keçirdiyi “Muğam televiziya müsabiqəsi-2007” də bu sahədə atılan addımlardan biri oldu. İndi əminliklə demək olar ki, mədəniyyətimizin hamisi olan Mehriban Əliyeva bu sənətin yaşamasını təmin edən ənənənin təməlini qoymuşdur. Bu ilin mart ayında keçirilən “Muğam aləmi-2009” Beynəlxalq müsabiqəsində 11 ölkədən 20 ən istedadlı ifaçı iştirak etmişdir. Onların bu müsabiqəyə qatılması bir daha muğamın Azərbaycana məxsusluğunu təsdiq etdi. Müsabiqə bu misilsiz sənət nümunəsinin yaşadılması və inkişafı yolunda ən ciddi addımların Azərbaycanda atıldığını göstərdi.

Avqust ayında isə artıq paytaxtda yox, Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Beynəlxalq musiqi festivalı keçirildi. Festivala dünyanın ən tanınmış musiqiçiləri gəlmişdilər. Əsl musiqi bayramına çevrilən bu tədbir çərçivəsində pianoçuların müsabiqəsi, musiqinin müxtəlif janrlarına aid konsertlər, ustad dərsləri keçirildi. Azərbaycan mədəniyyətinin təbliğinə yönələn bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına xidmət etmişdir.

Bu gün Azərbaycanın ayrı-ayrı bölgələrində bir çox tarixi abidələrin və dini məbədlərin bərpa olunması da məhz Mehriban xanımın adı ilə bağlıdır. Məscidlər və minarələr ucaldan Mehriban xanım kilsələrə, sinaqoqlara da diqqət və qayğı ilə yanaşır.

Azərbaycanın birinci xanımının fəaliyyət göstərdiyi daha bir sahə ölkənin idman ictimaiyyətinin xahişi ilə rəhbərliyə gəldiyi Gimnastika Federasiyasıdır. Nəticədə idmanın bu növündə artıq ciddi dönüş müşahidə edilir. Bədii gimnastika üzrə Avropa və dünya çempionatlarının Bakıda keçirilməsi respublikamızın yüksək idman potensialına malik bir ölkə kimi müsbət imicinin formalaşmasına çox ciddi təsir göstərmişdir. Mehriban xanımın Azərbaycan idmanına qayğısının bir epizodunu da xatırlamaq yerinə düşərdi. Pekində keçirilən son Olimpiya oyunlarında qızıl medal qazanan cüdoçumuz Elnur Məmmədlinin anasına telefon açaraq bu ailəni təbrik etməsi onun sadə və alicənablığının bariz nümunəsi idi.

Zahiri gözəlliyi və incə zövqü ilə seçilən Mehriban Əliyeva Azərbaycan üçün çox işlər görmüşdür. Amma onun siyasətçi və ictimai xadim kimi potensialı bununla tükənmir. Əsas dəstək isə onu sevən adi vətəndaşlardan və təbii ki, ailəsindən gəlir. Unutmaq olmaz ki, xalqın qayğılarına öz qayğıları kimi yanaşan Azərbaycanın birinci xanımı həm də üç övlad anasıdır. Çoxşaxəli, həmçinin gərgin ictimai fəaliyyətinə baxmayaraq, bu gözəl qadın sözün əsl mənasında ailəsinin xanımıdır. Mehriban Əliyeva öz analıq borcunu da unutmur. Övladlarına dost olmaqla yanaşı onları ölkəmizin əsl vətənpərvər vətəndaşları kimi tərbiyə edir. Azərbaycanın birinci xanımı dövlətimizin başçısının ən yaxın silahdaşı kimi xalqımızın rifahı naminə çətin və gərəkli yoldadır. Bu yol Azərbaycanımıza yeni uğurlar gətirəcək zəfər yoludur.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrailin Livana zərbələri: son sutkada 18 ölü, 124 yaralı

Media: Təl-Əvivdə yüzlərlə insan müharibə əleyhinə küçələrə çıxıblar

Bakıda iki qardaş ölkənin dostluq gecəsi

Nigeriyanın şimal-şərqində 42 məktəbli silahlılar tərəfindən qaçırılıb

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının bir günündə 5 medal qazanıblar

İraqın Hörmüz boğazı vasitəsilə neft ixracı aprel ayında kəskin azalıb

Media: ABŞ Raul Kastronun həbs olunması ehtimalını nəzərdən keçirir

BDU-da “Turan” ansamblının mühazirə-konserti təşkil olunub

İran: Hörmüz boğazında naviqasiyanın tənzimlənməsi üçün yeni mexanizm hazırlanıb

“Azərbaycanım” festivalı çərçivəsində müsabiqəyə 1200-dək əsər təqdim edilib

Londonda genişmiqyaslı etiraz aksiyaları keçirilib

ADPU-nun Quba filialında akademik heyət və tələbələr beynəlxalq təcrübə və liderlik təliminə cəlb olunub

WUF13 ərəfəsində “Şəhərin səsi” adlı xüsusi mədəni proqram təqdim olunub

Daşkənddə türk xalqlarının çay mədəniyyətinə həsr olunmuş festival keçirilib

Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmini istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir

Bu ilin dörd ayında 139 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

WUF13 günlərində Akademik Milli Dram Teatrında tamaşalar ingilis subtitrləri ilə təqdim olunacaq

"Mançester Siti" İngiltərə Kubokuna sahib çıxıb

Türk dövlətlərinin mühüm təsir imkanlarına malik güc mərkəzlərindən birinə çevriləcəyi aydın görünür ŞƏRH

II Həmrəylik Forumu Türk dünyasının gələcəyi naminə xüsusi əhəmiyyət daşıyır - ŞƏRH

Bu saata olan əsas xəbərlər

Avropa Liqası: "Qarabağ"ın mübarizəyə hansı mərhələdən başlayacağı bəlli olub

Bundesliqaya yekun vuruldu: “Bavariya” 35-ci çempionluğunu bayram edir

Sabah Bakıda WUF13 tədbiri işə başlayır

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixləri açıqlanıb

Bakıda görüşərik: BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Bakıdan bütün dünyanı salamlayıb

"Qarabağ" Avropa, "Turan Tovuz" Konfrans Liqasında

Türkiyənin Samsun şəhərində pilotsuz aparat qəzaya uğrayıb

Deputat: Azərbaycan dəfələrlə sübut edib ki, öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək gücündədir

“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək

"Sabah" basketbol komandası Rimas Kurtinaytis ilə vidalaşıb

AZAL: Hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlar təxirə salınıb

Yeniyetmələr və gənclər arasında nikotin kisəcikləri sürətlə yayılır: ÜST həyəcan təbili çalır

Mingəçevir teatrı sənətsevərlərə iki yeni tamaşa təqdim edəcək

Ordubad və Şahbuz rayonlarına dolu düşüb VİDEO

Ordubad və Şahbuz rayonlarına dolu düşüb VİDEO

Azərbaycan məktəbliləri Türkiyənin qabaqcıl kosmik və texnologiya mərkəzlərində təcrübə qazanıblar

Prezident İlham Əliyevin Türküstan Zirvəsindəki çıxışı Türk dünyasının gələcək yol xəritəsini ifadə edir - ŞƏRH

İlk dəfə Qəbələdə - “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramı

Təmiz enerji sahəsində əməkdaşlıq əlaqələri genişlənir

“Şəhər yaşıllıqlarında landşaft memarlığı üslubu” mövzusunda konfrans

Daşkənd Oriental Universitetində Xaqani Şirvaninin adını daşıyan auditoriya açılıb VİDEO

Daşkənd Oriental Universitetində Xaqani Şirvaninin adını daşıyan auditoriya açılıb VİDEO

Yаnğın söndürüldü, insаnlаr xilаs edildi - Şərurda təlim VİDEO

Yаnğın söndürüldü, insаnlаr xilаs edildi - Şərurda təlim VİDEO

Yusuf Tekinay: QHT-lər dövlətlərarası münasibətləri xalqlar arasında dostluğa çevirən əsas platformalardır

Orazgül İsgəndərova: Gənclər sosial və ekoloji dəyişikliklərin əsas aparıcı qüvvəsidir

Ərdoğan: Qazaxıstan neftinin BTC ilə nəqlinə dair əldə olunmuş razılaşma çox mühümdür

Zarina Mirabdullayeva: Könüllülük cəmiyyətlərin həmrəyliyini gücləndirir

Javoxir Muxitdinov: Gənclərin qərarvermə prosesində iştirakı dövlətin gələcəyi üçün vacibdir

Ersin Güzel: Türk dünyasının bir-birindən başqa dayağı yoxdur

Azərbaycan gimnastları “AGF Trophy” beynəlxalq turnirində növbəti medallarını qazanıblar

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Okyay Sadıkoğlu: Türk birliyinə inanan və onu dəstəkləyənlər olaraq Azərbaycanın bu istiqamətdə təşəbbüslərini təqdir edirik

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur VİDEO

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur VİDEO

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub

Quba yerli və xarici qonaqları qarşılamağa hazırdır - Qəçrəşdən reportaj VİDEO

Quba yerli və xarici qonaqları qarşılamağa hazırdır - Qəçrəşdən reportaj VİDEO

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

Məleykə Tağızadə: Gənclər şəhərlərin gələcəyinin həmmüəllifidir

16 May - Beynəlxalq İşıq Günüdür

WUF13-də yüksəksəviyyəli nümayəndələrin tədbirdə iştirakı və səfərləri ilə bağlı brifinq təşkil olunub

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir VİDEO

Azərbaycan velosipedçiləri Astanada keçirilən “Silk Way Series” beynəlxalq yarışında iştirak edir VİDEO

Azərbaycan rəssamlarının əsərləri Çində nümayiş olunacaq

Qlazqo Universitetində təhsil alan azərbaycanlı: İdman təhsilini yeni imkanların qapısını açan bir “açar” kimi görürəm - MÜSAHİBƏ

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin forumu çərçivəsində panel müzakirələri keçirilib

Rizvan Nəbiyev: Türk Dövlətləri Təşkilatı Azərbaycanın sədrliyi dövründə beynəlxalq mövqelərini gücləndirir

Çinli ekspert: WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir - EKSKLÜZİV

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2 VİDEO

Şükürbəyli kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 2 VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

İsmayıllı-Lahıc yolunda baş verən qaya sürüşməsinin nəticələri aradan qaldırılıb YENİLƏNİB 2

Azərbaycan voleybol millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb

® Sürücülərin nəzərinə: Nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür

Banu Nurqaziyeva: Türk dünyasını ortaq dəyərlər və həmrəylik birləşdirir

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

Şəhid və qazi övladları “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda olublar VİDEO

Şəhid və qazi övladları “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda olublar VİDEO

Joze Mourinyonun “Real Madrid”lə imzalayacağı müqavilənin bəzi detalları açıqlanıb

Azərbaycanın Müstəqillik Günü Osloda qeyd edilib

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib VİDEO

Ordubadlı məzun ölkə birincisi oldu: 300 bala gedən uğur yolu

Azər Allahverənov: Türk dünyasının QHT platforması özünü təsdiqləyib VİDEO

Azər Allahverənov: Türk dünyasının QHT platforması özünü təsdiqləyib VİDEO

Tunis millisinin 2026-cı il dünya çempionatı üçün heyəti açıqlanıb

WUF13 ilə bağlı Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələri icra edir

WUF13-də iştirak üçün 40 mindən çox şəxs qeydiyyatdan keçib

Şamil Ayrım: WUF13 müasir Azərbaycanın şəhərsalma modelini nümayiş etdirmək üçün imkandır

TÜRKPA Baş katibinin müavini: Türk dünyası artıq ortaq strateji hədəflər ətrafında birləşə bilir VİDEO

TÜRKPA Baş katibinin müavini: Türk dünyası artıq ortaq strateji hədəflər ətrafında birləşə bilir VİDEO

Vüsal Qasımlı: 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq VİDEO

Vüsal Qasımlı: 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq VİDEO

Silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib

Dünya Seriyası: "Neftçi" basketbol komandası ilk oyununa çıxıb

Bu saata olan əsas xəbərlər

Xalq yazıçısı Elçinin xatirəsinə həsr edilmiş "Baş" tamaşası nümayiş olunub

Aygün Attar: Prezident İlham Əliyev Türküstanda dünya siyasətinə yön verən mesajlar səsləndirib VİDEO

Aygün Attar: Prezident İlham Əliyev Türküstanda dünya siyasətinə yön verən mesajlar səsləndirib VİDEO

Çin XİN Rusiya Prezidenti Vladimir Putinin səfər tarixini açıqlayıb

Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır

Həmişə işıqlıqda!

Fuad Məmmədov: Azərbaycan türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda birgə qrant müsabiqələri elan etməyə hazırdır VİDEO

Fuad Məmmədov: Azərbaycan türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda birgə qrant müsabiqələri elan etməyə hazırdır VİDEO

Dünya Seriyası: "Neftçi" basketbol komandası ilk oyununa çıxır

WUF13-də beynəlxalq “Yaşıl Dəhliz Alyansı” layihəsi diqqət mərkəzində olacaq – ŞƏRH

Bu ilin birinci rübündə Qəbələni ziyarət edən yerli turistlərin sayı 50 faiz artıb VİDEO

Bu ilin birinci rübündə Qəbələni ziyarət edən yerli turistlərin sayı 50 faiz artıb VİDEO

“EFES-2026” təlimində dənizdən sahilə hücum tapşırığı uğurla icra edilib

Azərbaycanın QHT Agentliyi türk dövlətlərinin qurumlarını QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib VİDEO

Azərbaycanın QHT Agentliyi türk dövlətlərinin qurumlarını QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib VİDEO

Premyer Liqa: Bu gün "Turan Tovuz" səfərdə, "Qarabağ" evdə oynayacaq

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilir VİDEO

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Əməkdaşlıq Forumu keçirilir VİDEO