İNTERNET VASİTƏSİLƏ RUSİYADA İŞ TAPMAQ MÜMKÜNDÜR
Moskva,19 yanvar (AZƏRTAC). Rusiya Federal Əmək və Məşğulluq Xidmətinin “Rusiyada iş” yeni internet-portalının təqdimatı olmuşdur. Arzu edənlər bu portalın köməyi ilə ölkənin hər yerində vakansiya, işəgötürənlər isə münasib kadrlar tapa bilərlər.
Yeni layihəni təqdim edən səhiyyə və sosial inkişaf naziri Tatyana Qolikova dövlətin iş problemi ilə qarşılaşan rusiyalıları dəstəkləmək planlarından danışmışdır. Hazırda saytın məlumat bazasında 760 mindən yuxarı vakansiya vardır və bu, heç də son hədd deyildir. Həftədə bir dəfə yenilənən sayt, aprelin 1-dən hər gün təzələnəcəkdir.
Beləliklə, istənilən adam, o cümlədən miqrantlar www.trudvsem.ru saytına daxil olub, ölkənin hər yerində özü üçün münasib iş tapa bilərlər.
Rusiya hökuməti dünya maliyyə böhranı ilə əlaqədar olan bu tədbirlərlə işsizliyi azaltmaq niyyətindədir. Statistik məlumatlara görə, noyabrın axırında Rusiyada 1 milyon 515 min işsiz qeydə alınmışdır ki, bu da inişillə müqayisədə 25 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:55]
Qazaxıstanda yerli özünüidarəetmə sistemində islahat hazırlanır
- 02.06.2026 [18:04]
Macarıstanın yeni Baş naziri Almaniyaya səfər edib
- 02.06.2026 [17:51]